1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:14.09.2017 16:20:08

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

İslamazeri.com "Report"un xəbərinə istinadən xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə nazirliyin Əməliyyat-Texniki İdarənin işçisi olmuş Sevinc İsgəndərova ifadə verib.

O bildirib ki, həmin idarədə bölmə rəisinin köməkçisi işləyib: "İşim məxfi məlumatlarla bağlı telefonların dinlənilməsindən ibarət idi. General-mayor Natavan Mirvətovanın rəhbərlik etdiyi idarədə işləmişəm, telefonları dinlənilən şəxslərin kimliyi ilə bağlı heç bir məlumatım olmayıb. Mənə tapşrıqları əsasən Elşad Əzizov verirdi. O, işdə olmayanda isə tapşırıqları birbaşa Natavan Mirvətovadan almışam".

Daha sonra şahid qismində MTN-nin Binəqədi şöbəsinin əməkdaşı Mirələm Həşimov dindirilib. O, zərərçəkmiş iş adamı Sahib Qurbanov və Zaur
Əzimovun epiozodları üzrə ifadə verib: "Sahib Qurbanovu tanımıram. Şöbənin növbətçi hissəsindən zəng vurdular, bir nəfərin gəldiyini bildirdilər. Sonra şöbənin rəisi Rafiq Səfərov mənə zəng elədi, həmin şəxsi otağıma aparmağı, izahatını almağımı tapşırdı. Mən də onun tapşırığını icra elədim. Sonra Rafiq Səfərov zəng vurdu və həmin şəxsi otağımdan dəhlizə çıxarmağı dedi. Mən də həmin şəxsdən izahat almadım və onu dəhlizə çıxardım. Sonra onun hara getdiyini bilməmişəm".

Prosesdə iş üzrə şahid qismində ləğv olunmuş MTN Tibb Baş İdarəsinin rəis müavini olmuş Vüqar Mahmudov dindirilib. O ifadəsində qeyd edib ki, artıq xidmətdən uzaqlaşdırılıb və sərəncama götürülüb.

V.Mahmudov ifadəsində söyləyib ki, 2013-ci ildən MTN-də işə başlayıb: "Nazirlikdə işləməmişdən əvvəl kiçik bizneslə məşğul olmuşam. Həmin vaxt İlham adlı şəxslə yaxın dostluq əlaqələrim yarandı. Birlikdə iş görməyə başladıq. Ona pul vermişdim, İlham özü işləri görürdü. Qazancdan mənə bir az pul verirdi. Bir müddət sonra İlhamı MTN-in Binəqədi rayonunun rəisi olan Rafiq Səfərovla tanış etdim. O, Rafiq Səfərovla siqaret qaçaqmalçıları əməliyyatlar edirdi. Rafiqin sabiq nazir Eldar Mahmudovun köməkçisi Vüqar Mahmudoval yaxın münasibətləri olub".

Prokurorun suallarına cavab verən V.Mahmudov etiraf edib ki, Rafiq Səfərovla İlham adlı tanış eləməkdə məqsəd bazara digər siqaret qaçaqmalçıların qarşısı almaq olub: "Rafiqlə İlham birlikdə işləməyə başladılar. İlham Rafiqə kim siqaret gətirirdisə deyirdi. Rafiq də əməliyyat edib, həmin adamı tuturdu. Malını əlindən alıb, İlhama verirdi, o da ucuz qiymətə həmin siqareti satıb Rafiqə pul şəkildə qaytarırdı. Bir neçə dəfə də Rafiq və köməkçisi Heydər İslamova pulu mən vermişəm".

Bu zaman təqsirləndirilən E.Quliyev etiraz edib. O bildirib ki, bunun onun işinə heç bir aidiyatı yoxdur: "Başa düşmürəm, deyirəm sakit oturum, danışmıyım, alınmır. Baxın, bu epizodun mənə nə dəxli var? Bu adamı birinci dəfə görürəm. Rafiq hansısa qaçaqmalçıdan pul alıb, buraxıb, bunun mənə nə dəxli var?".

Bu zaman hakim deyib ki, həmin şahidlər ittiham tərəfinin şahidləridir: "İttiham tərəfi bunları irəli sürüb. Sonda bunlara qiymət veriləcək".

Şahid V.Mahmudov ifadəsini davam etdirərək bildirib ki, bu işdə zərərçəkmiş kimi tanınan Sahib Qurabanov bir dəfə onun yanına gəlib: "İşdən çıxan zaman yaxınlaşdı. Dedi ki, onun malları məndədi. Bildirdim ki, mən heç kimin malını götürməmişən. Dedim bu söhbəti sizə kim deyib? O da qeyd etdi ki, rəis müavini olan Heydər İslamov. Heydərlə danışdım, söylədi ki, Sahibə 30 min manat verilməlidir. İlhamla əlaqə yaratdılar, 30 min ödənildi"

Prosesdə hazırda həbsdə olan MTN əməkdaşı Fərhad Atayev və general Teymr Quliyev ifadə verib. Onlar da istintaqa verdikləri ifadələrini təsdiq etdiklərini söyləyiblər. T.Quliyev bildirib ki, o, istintaqa ümumi olaraq məlumat verib.
Məhkəmənin növbəti iclası sebtyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.


Keçmiş MTN generalının məhkəməsində qalmaqallı etiraflar

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Liviyada mühacir qayığı batdı
    Liviyanın Zuvarə şəhərində immiqrantları daşıyan qayığın batdığı, yüzdən çox adamın itkin düşdüyü bildirilib.
     21.09.2017
    Tacikistan boks və digər idmanları qadağan edəcək - SƏBƏB
    Tacikistan maraqlı qanun layihəsi hazırlanıb.
     21.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ