EURO 1,9066 TRY 0,2519
USD 1,7 RUB 0,0248
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:14.04.2020 17:45:15

Təhsil nazirinin müavini İdris İsayev karantin rejimi ilə əlaqədar tədris ilinin müddətinin uzadılıb-uzadılmayacağı məsələsinə münasibət bildirib.

İslamazeri.com xəbər verir ki, İdris İsayev Trend-ə açıqlamasında karantin dövründə təhsil proqramları üzrə teledərslərin keçirildiyini xatırladıb:

“Biz karantin rejimi bitdikdən sonra vəziyyəti öyrənmək üçün qiymətləndirmə aparacağıq. Əgər görsək ki, bu tədris ilinin müddətinin artırılmasına həqiqətən də zərurət var, onda bu qərarı qəbul edəcəyik. Yaxud görsək ki, belə bir zərurət yoxdur, şagirdlərimiz təhsil proqramlarını müəyyən səviyyədə mənimsəyiblər, onda biz tədris ilinin müddətinin uzadılması məsələsinə baxmayacağıq”.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar martın əvvəlindən ölkənin bütün təhsil müəssisələrində tədris prosesi dayandırılıb.


Karantin rejimi bitdikdən sonra təhsil ilinin müddəti haqqında - RƏSMİ AÇIQLAMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qərargah: İctimai və şəxsi nəqliyyatdan istifadə həftə sonları tam qadağan oluna bilər
    “İctimai və şəxsi nəqliyyatdan istifadə həftə sonları tam qadağan olunacaq, yalnız müəyyən sahələrdə çalışanlarla bağlı istisnalar nəzərdə tutulur”.
     03.06.2020
    Şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq
    "Həftəsonları üçün sərtləşdirici tədbirlərin olması üçün alqoritm hazırlanırdı. Müraciətimiz dəyərləndirilib".
     03.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ