EURO 1,9947 NEFT 73,69
USD 1,7 RUB 0,0268
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:17.10.2017 17:54:44

Wi-Fi şəbəkələrinin istifadə etdiyi WPA və WPA2 şifrələmə protokoluna təsir edən ciddi bir təhlükəsizlik boşluğu ortaya çıxıb.

Wi-Fi şəbəkələrinin istifadə etdiyi WPA və WPA2 şifrələmə protokoluna təsir edən ciddi bir təhlükəsizlik boşluğu ortaya çıxıb.

İslamazeri.com Dünya mediasına istinadən xəbər verir ki, bütün dünyada geniş istifadə edilən və həyatın əvəzolunmaz bir ünsürü halına gələn kabelsiz internet Wi-Fi əlaqələrində ciddi bir boşluq ortaya çıxıb.

Kabelsiz şəbəkələr üçün indiyə qədər inkişaf etdirilmiş ən etibarlı protokol WPA2 şifrləməsində tapılan boşluq əlaqə izləmə və pisniyyətli şəxslərin cihazlara daxil olmasına, fayl əlavə etməsinə və bənzəri həssas məlumatların oğurlanmasına imkan yaradır.

Şəxsi və təşkilati şəbəkələri təhdid edən bu boşluq modemlə əlaqə qurulmasını təmin edən şifrəli paket "handshake" mexanizmini hədəf alır.

"Android", "Linux", "Apple", "Windows" istifadə olunan cihazları təhdid edən təcavüz üçün bu an edilə biləcək hər hansı bir tədbir yoxdur. "Microsoft" problemi onsuz da düzəltdiyini açıqlayıb, "Google" qarşıdakı həftələrdə düzəltmə sözü verib. "Apple" isə "macOS" və "iOS"un təsirlənib təsirlənmədiyi barədə hələ ki, dəqiq bir açıqlama verməyib.


Kabelsiz şəbəkələrdə ciddi bir təhlükəsizlik boşluğu tapıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Lerikdə 2 tona yaxın xaşxaş kolu məhv edilib
    Dövlət Sərhəd Xidməti (DSX) tərə­findən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata ke­çiril­miş tədbirlər nəticəsində sərhədboyu zonada narkotik xassəli kolları­n yabanı halda bit­diyi sahə aşkar olunub.
     23.07.2018
    Tramp Rusiya barədə dediyi sözünü geri götürdü
    "Bu sadəcə böyük bir uydurmadır"
     23.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ