EURO 1,9921 NEFT 72,13
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR

Kateqoriya : XƏBƏRLƏR

Yayınlanma tarixi:17.05.2018 12:35:06

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş üç "Gilavar" - hava və ekstrim idman klubunun üzvlərindən ikisinin meyiti ailəsinə təhvil verilib, Səhiyyə Nazirliyi bildirib.

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş üç "Gilavar" - hava və ekstrim idman klubunun üzvlərindən ikisinin meyiti ailəsinə təhvil verilib, Səhiyyə Nazirliyi bildirib.

Çərşənbə günü axşam saatlarında Fövqəladə Hallar Nazirliyi itkin düşmüş alpinistlərin meyitlərinin tapılması barədə məlumat yayıb.

Məlumata görə, çərşənbə günü axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib və 3 meyit (2 kişi və 1 qadın), həmçinin alpinistlərə aid digər əşyalar aşkar edilib.

Dekabrın 23-də Azərbaycanda Tufandağ ətrafına səfər edən 3 gənc itkin düşüb. Onlar "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadədir. 

"Cəsədlər gecə saatlarında Quba Pataloji Anatomiya Birliyinə gətirilib. 5-6 saat ərzində müayinə olunub", o bildirib.

Səfayə Əhmədova deyir ki, Namin Bünyatzadə və Fəridə Cəbrayılzadənin meyitləri artıq ailələrinə təhvil verilib.

APA informasiya agentliyi xilasedicilərə istinadən yazır ki, meyitlər təxminən 2800-2900 hündürlükdə olan ərazidə 4 m dərinlikdə aşkarlanıb.

"Alpinistlərin çadırda olduqları zaman uçquna düşdükləri ehtimal olunur", agentlik yazır.

İtkin düşən alpinistlərin axtarışı dekabrın 27-dən başlayıb və Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılıb.


İtkin düşmüş alpinistlərin meyitləri ailələrinə təhvil verildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bil Geytsdən 55 milyard dollar daha varlı insan - FOTO
    Dünyanın ən varlı adamı yeni rekord vurdu.
     17.07.2018
    Vergilər nazirinin müavini: “Sentyabrdan maliyyə hesabları barədə məlumatlar avtomatik mübadilə ediləcək”
    Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov Tbilisidə vergilər sahəsində beynəlxalq əməkdaşlığa həsr olunmuş regional forumda çıxışında deyib.
     17.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ