İsveçin Beyrutdakı səfiri Livanı tərk edib

İsveçin Beyrutdakı səfiri Livanı tərk edib
Yayınlanma tarixi: 22.07.2023 11:31:39

Ərəb mediasının məlumatına görə, İsveçin Beyrutdakı səfiri Enn Dismor Livanı tərk edib.

İslamazeri.com xəbər verir ki, İsveçin Beyrutdakı səfiri Enn Dismorun İsveçdə Qurana hücumlardan sonra Livanı tərk etdiyi öyrənilib.

Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah İsveçdə Qurana qarşı hücumların təkrarlanmasına sərt reaksiya verib.

Nəsrullah həmçinin Livan hökumətindən İsveçin Beyrutdakı səfirini ölkəsinə göndərməyə və Livanın Stokholmdakı səfirini geri çağırmağa çağırıb.

GÜNÜN MANŞETLERİ