İsveçdə Lavrovla jurnalist arasında mübahisə yaranıb

İsveçdə Lavrovla jurnalist arasında mübahisə yaranıb
Yayınlanma tarixi: 19.11.2021 17:08:26

Mübahisəyə səbəb jurnalistin Lavrova ünvanladığı “Qərb demokratiyasının xoşuna gəlmək üçün Rusiya hansı addımları atmağı planlaşdırır?” sualı olub.

“Bu, artıq qərbdən olan həmkarlarımızın ənənəsinə çevrilib. İsveç kimi bitərəf dövlətin KİV nümayəndəsinin ağlına belə fikirlər gəlir”.

İslamazeri.com "Report"-a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in sədri, İsveçin XİN başçısı Ann Linde ilə keçirdiyi mətbuat konfransı zamanı İsveç televiziyası müxbirinin Rusiya Federasiyasının demokratiya ilə bağlı davranışına dair sualını cavablandırarkən bildirib.

Qeyd edək ki, jurnalist rusiyalı nazirdən soruşub: “Qərb demokratiyasının xoşuna gəlmək üçün Rusiya hansı addımları atmağı planlaşdırır”.

S.Lavorv bunu nalayiq adlandıraraq beynəlxalq münasibətlər, İkinci Dünya müharibəsində faşizm üzərində qələbə və başqa bu kimi məsələlərdən danışıb.

GÜNÜN MANŞETLERİ