İsveç ilə Norveç arasında gərginlik artıb

İsveç ilə Norveç arasında gərginlik artıb
Yayınlanma tarixi: 27.04.2023 15:29:10

İki ölkə arasında gərginliyin artmasına İsveç araşdırma raketinin Norveç ərazisinə düşməsi səbəb olub.

Norveç hadisəni rəsmi kanallar vasitəsilə bildirmədiyi səbəbilə qonşusu İsveçə reaksiya verib.

İslamazeri.com xəbər verir ki, Norveç Xarici İşlər Nazirliyinin sözçüsü Ragnhild Simenstad verdiyi açıqlamada: “Nazirliyə rəsmi bildiriş daxil olmayıb. Sərhəddən kənarda oxşar hadisə baş verdikdə, cavabdehlər dərhal müvafiq kanallar vasitəsilə Norveç səlahiyyətlilərinə məlumat verməli idilər. Düşən raketin böyük ziyan vura biləcəyini xatırlamaq vacibdir. Yanacaq çirklənmiş ola bilər. Tərkibində zəhərli maddələr ola bilər. Biz sadəcə qaydalara əməl olunmasını, prosedura uyğun hərəkət etməyi gözləyirik” .

Raketin buraxıldığı İsveçdəki Esrange Kosmos Mərkəzindən Marko Kohberg verdiyi açıqlamada spekulyasiya etmək üçün hələ tez olduğunu, təhqiqat tamamlandıqdan sonra ətraflı məlumat veriləcəyini bildirib.

Kohberq həmçinin bildirib ki, insidentdən qısa müddət sonra səlahiyyətlilərlə əlaqə saxlanılıb və raketin düşməsindən sonra mövcud protokollara əməl edilib.

Hadisə zamanı can və ya mal itkisi qeydə alınmayıb.

İsveçin şimalındakı Kiruna yaxınlığında yerləşən Esrange Kosmik Mərkəzindən 24 apreldə yerli vaxtla saat 07:20-də buraxılan raketin sərhədə yaxın əraziyə enməsi gözlənilirdi.

İsveç Kosmik Şirkəti (SSC) tərəfindən buraxılan tədqiqat raketi 250 kilometr yüksəkliyə çatdıqdan sonra marşrutdan çıxaraq Norveçdə dağlıq əraziyə düşüb.

Bildirilib ki, nasazlıq səbəbindən hədəfinə enə bilməyəcəyi düşünülən raket və yükü planlaşdırılan eniş yerindən təxminən 40 kilometr şimal-qərbə düşüb.

SSC-dən verilən açıqlamada raketin 250 kilometr yüksəklikdə sıfır cazibə qüvvəsinə çatdığı, burada potensial karbonsuz yanacaq yaratmaq və daha səmərəli günəş panelləri yaratmaq üçün təcrübələr apardığı bildirilib.

Açıqlamada Norveçdən üzr istənilərək hadisənin araşdırıldığı bildirilib.

DSK rəsmisi bildirib ki, raketin düşdüyü ərazi “ən yaxın yaşayış məntəqəsindən 10 kilometr aralıdadır”.

GÜNÜN MANŞETLERİ