İsrailli Ravvindən Türkiyə və Suriya ilə bağlı qeyri-insani ifadələr

İsrailli Ravvindən Türkiyə və Suriya ilə bağlı qeyri-insani ifadələr
Yayınlanma tarixi: 13.02.2023 12:02:35

Eliyahu, zəlzələlərdə həyatını itirən Türk və Suriyalıları Hz. Musanın (ə) başçılıq etdiyi israilliləri qovarkən Qırmızı dənizdə boğulan Misir fironunun ordusu ilə müqayisə edib.

Sionist rejimin aparıcı yəhudi ravvinlərindən olan ravvin Şmuel Eliyahu Türkiyə və Suriyada baş verən zəlzələ fəlakəti ilə bağlı nifrət dolu açıqlamalar verib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, İsrailin “The Times of İsrael” qəzetinin xəbərinə görə, ravvin Eliyahu məşhur dini xəbər portalı Olam Katan üçün “Türkiyə və Suriyada baş verən zəlzələlərə necə yanaşmaq olar?” başlıqlı məqaləsində o, hər iki ölkədən ən azı 28 min insanın həyatını itirdiyi zəlzələ fəlakəti ilə bağlı qalmaqallı ifadələr işlədib.

Sionist rejimin ifrat sağçı və irqçi Otzma Yəhudi (Yəhudi Gücü) partiyasından olan Qüds və Vəd edilmiş Torpaqlar naziri Amihai Eliyahunun atası Eliyahu nifrət dolu açıqlamalarında deyib:

"Torpaqlarımıza dəfələrlə basqın edib bizi dənizə atmaq istəyən ətrafımızdakı bütün millətləri Tanrı mühakimə edir".

Eliyahu, zəlzələlərdə həyatını itirən Türk və Suriyalıları Hz. Musanın (ə) başçılıq etdiyi israilliləri qovarkən Qırmızı dənizdə boğulan Misir fironunun ordusu ilə müqayisə edib:

"İsraillilər misirliləri tanıyaraq, boğulanların bəzilərini öldürmək, qalanlarını isə əsarət altına almaq istədiklərini başa düşdükdən sonra (sevinclə) boğulmaları haqqında mahnılar oxudular. Onlar misirliləri cəzalandırmaq üçün burada ilahi ədalətin olduğunu başa düşdükləri üçün mahnılar oxudular. 

Söhbət yüz illərdir Dəməşq və onun digər şəhərlərində yəhudi sakinlərini qan böhtanları ilə sıxışdıran Suriyadan gedir. Suriya öldürmək və məhv etmək üçün İsraili üç dəfə işğal edib.

Bizi hər arenada ləkələyən Türkiyə ilə hansı hesabların həll edilməsi lazım olduğunu bilmirik. Amma Tanrı bizə bütün düşmənlərimizi mühakimə edəcəyini deyib və bunu anlamaq üçün ətrafımızda baş verənlərə baxmaq kifayətdir.

Baş verən hər şey dünyanı təmizləmək və yaxşılaşdırmaq üçün baş verir. Ətrafımızda bizə zərər verən bütün millətlərdən qisas alınacaq”.

GÜNÜN MANŞETLERİ