İsrailli məhbusu yayımlanan videoda Netanyahudan İsrailin bombardmanı nəticəsində həlak olan həyat yoldaşı və uşaqlarının cəsədlərini təhvil verməsini xahiş edir.
İslamazeri.com xəbər verir ki, İzzəddin Əl-Qəssam Briqadaları bu gün “Yordan Bibas” adlı israilli məhbusun Benyamin Netanyahuya ünvanladığı sözlərin videosunu yayıb.
Həmas döyüşçüləri tərəfindən əsir götürülən bu israilli məhbus İsrailin hava hücumu nəticəsində həlak olan həyat yoldaşı və iki azyaşlı uşağı təhvil almaqdan imtina etdiyi üçün Netanyahuya müraciət edib.
Jordan Bibas bu videoda deyir: “Netanyahu! Siz mənim həyat yoldaşımı və iki uşağımı bomba ilə öldürdünüz, onlar həyatımdakı ən dəyərli insanlardı, sizdən onların cəsədlərini qaytarıb İsraildə dəfn etməyinizi xahiş edirəm”.