EURO 2,0859 NEFT 69,84
USD 1,7001 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:13.09.2017 19:22:04

"İranlılar inkişaf etmiş olduqlarından, yüksək mədəniyyətə malikdirlər, uğurlu akademik infrastrukturları, yaxşı sənayeləri, elm xadimləri və istedadlı gənc əhaliləri var. Bizə çox bənzəyirlər. Bizə bənzədikləri üçün də, daha çox təhlükəlidirlər."

İsrailli general və keçmiş Baş Qərargah rəis müavini Qolan PKK terror təşkilatının İraq, Suriya, Türkiyə və İranı əhatə edən "Böyük Kürdüstan"ı dəstəklədiyini və terror təşkilatı olmadığını iddia edib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, İsrailin keçmiş Baş Qərargah rəis müavini və hazırda fəal komandirlərindən olan Yair Qolan dünən Vaşinqtondakı bir fikir təşkilatının panelində çıxış edib. Qolan çıxışında PKK üçün, "Mənim şəxsi düşüncə tərzimə görə, PKK terror təşkilatı deyil. Bəlkə (bu sözlər) başlıqlara çıxacaq, amma mən belə görürəm", deyib.

"İran, İraq, Suriya və Türkiyə kürdlərini, əgər bir araya gətirirsəniz, necə birləşdirəcəyinizi və sərhədləri mən tam olaraq təyin edə bilmərəm",- deyən Qolan "Amma İrana və regionda yayılmış olan qeyri-sabitliyə baxsanız, müstəqil və birləşmiş Kürd təşkilatlanmasının bu bataqlıq üçün çox da pis bir fikir olmadığını görərsiniz",- deyə əlavə edib. Qolan Böyük Kürdüstanı yaratmağın regionda sabitliyə töhfə verə biləcəyini müdafiə edib.

General Aluf Yair Qolan regionda təhdid olaraq gördüyü İranla bağlı də təəccüblü şərhlər edib: "İranlılar inkişaf etmiş olduqlarından, yüksək mədəniyyətə malikdirlər, uğurlu akademik infrastrukturları, yaxşı sənayeləri, elm xadimləri və istedadlı gənc əhaliləri var. Bizə çox bənzəyirlər. Bizə bənzədikləri üçün də, daha çox təhlükəlidirlər."

Qolan ABŞ-ın dəstəyi olmadan İrana bir şey edə bilməyəcəklərini söyləyərək, İran məsələsində ABŞ-dan dəstək istəyib.


İsrailli general: PKK "Böyük Kürdüstan"ı dəstəkləyir və terror təşkilatı deyil

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Özbəkistanda 8 tonluq plov hazırlandı - FOTOLAR
    Meqa plovun hazırlanması Özbəkistan Müdafiə Günü bayramına həsr edilib
     16.01.2018
    “Məddah döyüşü”: biz nə gündəyik?
    Son günlər dini cameəni təlatümə gətirən hadisə bir çox xoşagəlməz hallara yol açdı
     16.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ