EURO 2,0067 NEFT 75,29
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:11.01.2018 17:10:21

İsrail müxalifət lideri İsaak Hersoq işğal altındakı Şərqi Qüdsdə olan "Əqsa" məscidinin idarə edilməsində Səudiyyə Ərəbistanın da rol alması təklif edib.

İslamazeri.com Eastnews.org-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Londonda nəşr edilən "İlaf" qəzetinə müsahibə verən Knesset üzvü və keçmiş İsrail Fəhlə Partiyasının lideri Hersoq "Səudiyyə Ərəbistanı Qüds məsələsində böyük rol oynaya bilər. Müzakirələrdə Qüds və "Əqsa" kimi müqəddəs məkanlar məsələlərini müzakirəyə gəldikdə, mən bu barədə Səudiyyənin rolu və məsuliyyəti olmalı olduğu fikirdəyəm. Səudiyyə Ərəbistanının Məkkə və Mədinə kimi müqəddəs yerlərin idarəetməsində təcrübəsi var. Məncə, Səudiyyə Ərəbistanına bu barədə mərkəzi bir rol oynamasını təklif etməliyik", - deyib.

Səudiyyə Ərəbistanının Fələstin-İsrail sülh prosesində daha aktiv rol almalı olduğunu təklif edən Hersoq Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd ibn Salmandan da bəhs edib.

İssak Hersoq "Fələstinlilərlə sülh prosesini canlandırmaq üçün Səudiyyə Ərəbistanına kömək etməliyik. Vəliəhd şahzadənin verdiyi qərarlara hörmətlə yanaşıram və onu Yaxın Şərqin böyük inqilabçılarından biri kimi qiymətləndirirəm", - deyib.

Hersoq son həftələrdə Səudiyyə Ərəbistanı qəzeti "İlaf"a danışan üçüncü israilli yüksək səviyyəli səlahiyyətli olub.

İsrailli rəsmilərin Səudiyyə Ərəbistanı qəzetinə verdikləri müsahibələr iki ölkə arasında son illərdə baş verən yaxınlaşmanın bir əlaməti kimi göstərilir. İsrail ilə Səudiyyə Ərəbistanı arasında rəsmi diplomatik münasibət yoxdur.
Səudiyyə Ərəbistanının Londonda nəşr edilən "İlaf" qəzetinə müsahibə verən Knesset üzvü və keçmiş İsrail Fəhlə Partiyasının lideri Hersoq "Səudiyyə Ərəbistanı Qüds məsələsində böyük rol oynaya bilər. Müzakirələrdə Qüds və "Əqsa" kimi müqəddəs məkanlar məsələlərini müzakirəyə gəldikdə, mən bu barədə Səudiyyənin rolu və məsuliyyəti olmalı olduğu fikirdəyəm. Səudiyyə Ərəbistanının Məkkə və Mədinə kimi müqəddəs yerlərin idarəetməsində təcrübəsi var. Məncə, Səudiyyə Ərəbistanına bu barədə mərkəzi bir rol oynamasını təklif etməliyik", - deyib. Səudiyyə Ərəbistanının Fələstin-İsrail sülh prosesində daha aktiv rol almalı olduğunu təklif edən Hersoq Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd ibn Salmandan da bəhs edib. İssak Hersoq "Fələstinlilərlə sülh prosesini canlandırmaq üçün Səudiyyə Ərəbistanına kömək etməliyik. Vəliəhd şahzadənin verdiyi qərarlara hörmətlə yanaşıram və onu Yaxın Şərqin böyük inqilabçılarından biri kimi qiymətləndirirəm", - deyib. Hersoq son həftələrdə Səudiyyə Ərəbistanı qəzeti "İlaf"a danışan üçüncü israilli yüksək səviyyəli səlahiyyətli olub. İsrailli rəsmilərin Səudiyyə Ərəbistanı qəzetinə verdikləri müsahibələr iki ölkə arasında son illərdə baş verən yaxınlaşmanın bir əlaməti kimi göstərilir. İsrail ilə Səudiyyə Ərəbistanı arasında rəsmi diplomatik münasibət yoxdur.


İsrailin müxalifət lideri: "Məscidül-Əqsanın idarə edilməsində Səudiyyəyə rol verməliyik"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ermənistan müdafiə nazirinin müavininin arvadı 3 min ət konserv bankasını gizlətməyə cəhd edib
    Ermənistanın keçmiş müdafiə nazirinin müavini, deputat Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryan əsgərlər üçün nəzərdə tutulan 3 minə yaxın ət konserv bankasını gizlətməyə cəhd edib.
     19.06.2018
    Zərif: Nüvə silahı İranın əlindən inildəyən İsrailin əlindədir
    İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Sionist İsrailin əlindəki nüvə başlıqlarına işarə edərək, regiona yönəlmiş real təhdidə diqqət yetirilməsini istəyib.
     19.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ