İsrailin Milli Təhlükəsizlik naziri Ben-Qvir Məscidül-Əqsaya basqın edib

İsrailin Milli Təhlükəsizlik naziri Ben-Qvir Məscidül-Əqsaya basqın edib
Yayınlanma tarixi: 4/7/2026 1:00:11 PM

İsrailin Milli Təhlükəsizlik naziri Ben-Qvir Məscidül-Əqsaya basqın edib.

İslamazeri.com xəbər verir ki, İsrailin ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir işğal altındakı Şərqi Qüdsdə yerləşən və müsəlmanlar üçün 38 gündür bağlı olan Əl-Əqsa məscidinə basqın edib.

Qüds İslam Vəqf İdarəsinin açıqlamasında Ben-Qvirin Əl-Əqsa məscidinin qərb divarındakı Muğrabi qapısından əraziyə daxil olduğu bildirilib.

Bəyanatda basqınla bağlı əlavə məlumat verilməyib.

İsrail hakimiyyəti təhlükəsizlik narahatlıqlarını əsas gətirərək Əl-Əqsa məscidini 38 gün ərzində bağlı saxlamağa davam edir.

İsrail, ABŞ ilə tərəfdaşlıq çərçivəsində, 28 fevralda İrana qarşı hücumlarla eyni vaxtda işğal altındakı Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinə girişi tamamilə bağlayıb.

Bağlandığı gündən bəri yalnız məscid rəsmiləri və Qüds İslam Vəqf İdarəsinin əməkdaşları Əl-Əqsa məscidində namaz qıla biliblər, digər fələstinlilər isə namazlarını şəhərdəki kiçik məscidlərdə qılıblar.

Sionist İsrail hakimiyyəti həmçinin Xristian dünyası üçün ən vacib dini məkanlardan biri olan Qüdsdəki Müqəddəs Qəbir Kilsəsini də bağlayıb.

GÜNÜN MANŞETLERİ

SABAHIN HAVASI
ÖLKƏ / MÜXTƏLİF

SABAHIN HAVASI

4/7/2026 1:36:40 PM
İrandan ABŞ-İsrailə qarşı ardıcıl CAVAB ZƏRBƏLƏRİ
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İrandan ABŞ-İsrailə qarşı ardıcıl CAVAB ZƏRBƏLƏRİ

4/7/2026 12:17:01 PM