EURO 1,9369 NEFT 62,38
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:12.12.2018 18:02:28

İsrail rejiminin Silahlı Qüvvələrinin (TSAXAL) işləri üzrə ombudsman, ehtiyyatda olan general-mayor İtsxak Brik növbəti açıqlamaları ilə diqqət çəkib.

İsrail rejiminin Silahlı Qüvvələrinin (TSAXAL) işləri üzrə ombudsman, ehtiyyatda olan general-mayor İtsxak Brik növbəti açıqlamaları ilə diqqət çəkib.

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, Brik Dövlət Nəzarət Komitəsinin iclasında son zamanlar "müharibə-müharibə" deyən İsrailin yüksək rütbəli rəsmilərinin dediklərini açıqlamaları ilə "həqiqətdən uzaq" fikirlər adlandırıb.

O çıxışı zamanı deyib: "Neçə illərdir ki, biz ordumuzun mədəniyyətindəki boşluqlar və pozuntuları diqqətə çatdırmaq istəyirik. Bu məsələ özünün pik vəziyyətinə gəlib çatıb. Son üç il ərzində kontraktla hərbidə olanların, həmçinin həqiqi xidmətdə olan kişilərin sayının azalması müşahidə olunur. Ordudakı nəhəng uçurumu və böyük problemləri  göstərmək və həqiqətləri açıqlamaq lazımdır. Bunu hətta Ali Məhkəmələrin hakimlərinin rəhbərliyi ilə araşdırmaq lazımdır."

Brik 1400 hərbçi ilə görüşdüyünü və nəticələri faktlara əsaslandığını da açıqlamasında deyib.

Orduda reallıq açıqlanmır...

"Yüksək rütbəli komandanlıq, reallığı açıqlamır, çünki generallar həqiqətlərdən xəbərləri yoxdur. Yuxarıdan hər şey gözəl, aşağıda isə başqa cürdür (pis).", -deyən İsrail rejiminin Silahlı Qüvvələrinin (TSAXAL) işləri üzrə ombudsman, ehtiyatda olan general-mayor İtsxak Brik sözlərinin davamında deyib: "Mən müharibələrin ağır nəticələrinə qayıtmaq istəmirəm. Amma problemlər davam edir və biz də, axmaq təşkilati mədəniyyətimiz mövcuddur - bu da problemi həll etməyə mane olur."

Həqiqətləri söylədiyimə görə düşmən olmuşam...

Brik 25 nəfərlik zabitin tank briqadasındakı problemlərilə bağlı birgə açıqlamalarına işarə edərək "Bəsdirin Brik, Brik, Brik dediniz, bu hesabat müfəttiş komissiyasının üzvü olan peşəkar zabitlər tərəfindən hazırlanıb. Brik komissiyanın rəhbəri Şeli Yaximoviçin "Biz güclü təzyiqlərə məruz qaldıq. Dünənki iclasda, məndə bu təəssürat yarandı ki, İsrailin düşməni - HƏMAS və Hizbullah deyil, məhz Brikdir.", -  diqqətə çəkib.

Smartfon və whatsapp rəzilliyi...

Brik əsgərlərə verilən smartfon məsələsini də tənqid edərək "İnanmaq olmur və qəbul edə bilmirik ki, əsgər qaravula smartfonla gedir. Onlar "Sarsılmaz qaya" əməliyyatına smartfonlarla gedirlər, hansı ki, yeri təyin etmək belə hallarda çox asandır. Əsgərlər whatsapp vasitəsilə komandirlərindən əmr belə alırlar", -deyə bildirib və bunu rəzalət və ağılsızlıq adlandırıb.

Brik həmçinin əsgərlərin silahlarını təmizləmədiklərini və bunu artıq unutduqlarını(yəni artıq silahlar təmizlənmir) da açıqlamasında bildirib.

Qeyd edək ki, ötən ilin iyun ayında Brik İsrailin nə HƏMAS, nə də “Hizbullah”-la növbəti müharibəyə hazır olduğunu bildirmişdi. O hökuməti gizli məruzə ilə bu haqda xəbərdar etdiyini mediaya açıqlamışdı.  

O etiraf edmişdi ki, rezerv hərbi hissələr üçün hərbi təlimlər onların müharibə şəraitindəki tapşırıqları üzərində fokuslaşmayıb, fövqəladə hallar üçün nəzərdə tutulmuş hərbi texnika anbarları isə lazımi şəkildə istifadə edilmir, üstəlik təchizatın böyük hissəsi istifadə üçün yararlı deyil.

Ombudsmana görə,  İsrail Ordusu smartfondan istifadə etməklə müharibədə məğlubiyyətə uğradı: hərbi bazalarda aktiv şəkildə “WhatsAPP”-dan istifadə edilir ki, bu proqram da hərbçilərin yeri haqda məlumat ötürür.

Səhra həkimləri də tənbeh edilib. Sənəddə deyilirdi ki, tibbi personalın çatışmazlığına görə tibbi hissələr komplektləşdirilməyib.

Brikin fikrinə görə,  gənclər üçün hərbi xidmət müddətinin azaldılması ciddi hərbi qulluqçu defisitinə səbəb olub. Bu hal daha çox hərbi hissələrə təsir edir. General Brik belə nəticəyə gəlib ki, hazırkı əsgər sayı gələcək müharibə məqsədlərinə uyğun deyil. O malik olduğu faktları tam açıqlamadığını, bunu dövlət sirri olduğuna görə, etmədiyini də dəfələrlə deyib. Lakin onun  "Əgər siz müxtəlif təhlükəsizlik orqanlarının gizli məlumatlarından agah olsaydınız, beliniz qırılardı.", - fikrilə İsrail Ordusunun durumunun hansı səviyyədə olduğunu açıqlamış sayılır.


İsrailin hərbi ombudsmanı olan general yenə sirrləri açdı: Həqiqət gizlədilir... - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Harrazidən Avropaya SPV tənqidi
    Kamal Harrazi İtaliyanın beynəlxalq əlaqələr müəssisəsi IAI-dən bir heyətlə görüşündə Avropanı ABŞ-a qarşı zəiflik göstərməsi səbəbindən tənqid edib.
     20.01.2019
    Emin Hüseynov: “Mehman aclığı davam etdirir”
    "Mehman ona təzyiq göstərilməsindən şikayət edib, o, aclığı dayandırmayıb və onun adından yayılan bütün bəyanatları təkzib edib."
     20.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ