İsrail Cənubi Livanda atəşkəsi növbəti dəfə pozaraq, əl-Tayibə şəhərindəki mülki infrastrukturu və Hula-Merkaba birləşdirici yolunu pilotsuz təyyarə ilə hədəfə alıb.
İslamazeri.com xəbər verir ki, Əl-Minarın məlumatına görə, İsrail təcavüzkar hərəkətlərinə və atəşkəs pozuntularına davam edərək əl-Tayibədəki Həsən Bək meydanında tikilməkdə olan bir emalatxanaya pilotsuz təyyarə ilə hücum edib.
Məruzədə həmçinin bildirilir ki, İsrail qüvvələrinin bəzi bölmələri bu gün səhər tezdən Cənubi Livanda Hula-Merkaba birləşdirici yoluna soxularaq üçmərtəbəli bir evi partladıb.
Yerli mənbələr hələlik bu hücumlar nəticəsində mümkün itkilər və ya maddi ziyan barədə heç bir məlumat yaymayıb.