İsrail əsgərləri Qərb sahilində daha 5 fələstinlini qətlə yetirib

İsrail əsgərləri Qərb sahilində daha 5 fələstinlini qətlə yetirib
Yayınlanma tarixi: 6.02.2023 16:44:35

İsrail qüvvələri səhər saatlarında Yerixo şəhərindəki Aqaba Cabr Qaçqınlar Düşərgəsinə basqın edib.

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilinin cənubundakı qaçqın düşərgəsinə təşkil etdiyi basqında 5 fələstinli həyatını itirib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərinə görə, İsrail qüvvələri səhər saatlarında Yerixo şəhərindəki Aqaba Cabr Qaçqınlar Düşərgəsinə basqın edib.

İsrail əsgərlərilə basqına reaksiya verən fələstinlilər arasında baş verən qarşıdurmada bəzi fələstinlilər həyatını itirib, biri başından olmaqla 3-ü yaralanıb.

Şahidlərin bildirdiyinə görə, İsrail qüvvələri Akabadə HAMAS-ın idarəçisi Şakir Amara da daxil olmaqla 3 nəfəri saxlayıb.

HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə verdiyi yazılı açıqlamada Aqaba Cəbr düşərgəsində baş verənləri “iyrənc bir qırğın” adlandırıb.

İsrail ordusundan verilən yazılı açıqlamada basqının "yanvarın 28-də bölgədəki bir restorana hücum edənləri tutmaq" üçün edildiyi irəli sürülüb.

“HAMAS-a bağlı hücrənin qaçqın düşərgəsindəki bir evdə gizləndiyi” iddia edilən açıqlamada bu şəxslərin tutulması üçün təşkil edilən basqında bölgədəki silahlı qruplarla qarşıdurmanın yaşandığı bildirilib. İsrail İctimai Yayım Təşkilatına (KAN) danışan təhlükəsizlik rəsmiləri basqın zamanı ən azı 5 fələstinlinin öldürüldüyünü bildirib.

Qeyd edək ki, fevralın 5-də İsrail əsgərlərinin düşərgəyə təşkil etdiyi basqında 13 fələstinli yaralanıb.

 

GÜNÜN MANŞETLERİ

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var
DÜNYA / İSLAM DÜNYASI

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var

27.03.2023 17:41:35
Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub
ÖLKƏ / SƏHİYYƏ

Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub

27.03.2023 17:22:33
DSX-nin zabiti vəfat edib
ÖLKƏ / HƏRBİ

DSX-nin zabiti vəfat edib

27.03.2023 16:41:18