Rəsmi mənbələr İspaniyada 2,5 milyon, qeyri-rəsmi mənbələr isə 3 milyon müsəlmanın yaşadığını deyir.
İspaniyanın müsəlman əhalisinin sayı son 30 ildə 10 dəfə artaraq 2,5 milyon nəfəri keçib.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə İspaniya İslam Komissiyasından məlumat verilib.
Rəsmi mənbələr İspaniyada 2,5 milyon, qeyri-rəsmi mənbələr isə 3 milyon müsəlmanın yaşadığını deyir.
İspaniyadakı təxminən 1 müsəlman bu ölkənin vətəndaşıdır, digərləri isə əsasən Mərakeş, Pakistan, Banqladeş, Seneqal və Əlcəzair kimi ölkələrdən olan mühacirlərdir.
Ölkədə 53 müsəlman təşkilatı və təxminən 2000 məscid var.
Müsəlmanların ölkədəki əsas problemləri isə dəfn üçün yerlərin azlığıdır – ölkədə kifayət qədər müsəlman məzarlığı yoxdur, həmçinin ölkədə məscidlərin inşası ilə bağlı müəyyən problemlər var.