Açıqlamada, Türkiyənin son 40 ildə Bağdad rəhbərliyi ilə koordinasiya təmin etmədən etdiyi bütün müdaxilələrin yolverilməz olduğu vurğulanıb.

İslamazeri.com ərəb mediasına istinadən xəbər verir ki, İraq Nazirlər Kabineti Türkiyə ordusuna bağlı yeni birliklərin PKK ilə mübarizə səbəbi ilə Şimali İraq torpaqlarında yeni bölgələrə girməsini İraqın milli suverenliyinin pozulması kimi qiymətləndirib.
Məsələ ilə bağlı açıqlama verən Nazirlər Kabineti İnformasiya Ofisi başda Türkiyə olmaqla qonşu ölkələrlə birgə sərhədlərin təhlükəsizliyini təmin etmək məsələsində təhlükəsizlik koordinasiyası etməyə hazır olduqlarını bildirib.
Açıqlamada, Türkiyənin son 40 ildə Bağdad rəhbərliyi ilə koordinasiya təmin etmədən etdiyi bütün müdaxilələrin yolverilməz olduğu vurğulanıb.
İraqdan Türkiyə Ordusunun Şimali İraqa girməsinə reaksiya