İraqda yeni iri neft yatağı tapılıb

İraqda yeni iri neft yatağı tapılıb
Yayınlanma tarixi: 5/7/2026 6:00:56 PM

İraqda yeni iri neft yatağı tapılıb.

İraq ölkənin cənub-qərbində – Nəcəf əyalətindəki Al-Qərnayn blokunda yeni neft yatağı aşkar olunub.

İslamazeri.com xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyi məlumat yayıb.

Yeni yataqla bağlı məlumat İraqın neft naziri Hayan Əbdül-Qəni ilə Çinin Zhenhua Oil nümayəndə heyəti arasında keçirilən görüşdə təqdim olunub.

Şirkət əlavə beşinci və altıncı lisenziya raundları çərçivəsində Al-Qərnayn və Əbu Xema bloklarında fəaliyyət göstərmək hüququ əldə edib. “Zhenhua Oil”, həmçinin “Norinco” korporasiyasının tərkibinə daxildir.

Nazirliyin məlumatına görə, yeni yatağın ehtiyatları 8,83 milyard barel həcmində qiymətləndirilir. Gündəlik hasilat potensialının isə 3 248 barel olduğu bildirilir.

Al-Qərnayn bloku İraqın cənub-qərbində 8 773 kvadratkilometr ərazini əhatə edir.

GÜNÜN MANŞETLERİ

İran: Yəmən böhranının hərbi həlli yoxdur
REGİON / İRAN

İran: Yəmən böhranının hərbi həlli yoxdur

7/26/2026 11:03:29 AM
Xəzər dənizində zəlzələ olub
ÖLKƏ / HADİSƏ

Xəzər dənizində zəlzələ olub

7/26/2026 10:00:25 AM
SABAHIN HAVASI
ÖLKƏ / MÜXTƏLİF

SABAHIN HAVASI

7/25/2026 1:29:54 PM