1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:03.03.2020 15:35:49

İraqın yeni baş naziri Muhəmməd Tofiq Əlavi dünən gecə bir videomüraciətdə bildirib ki, nazirlər kabinetinin təşkilindən vaz keçib

İslamazeri.com  İran mediasına istinadən xəbər verir ki, İraqın yeni baş naziri Muhəmməd Tofiq Əlavi bu videomüraciətdə nazirlər kabinetinin təşkilindən vaz keçməsinin dəlilini bəzi qrupların siyasi təzyiqləri adlandırıb.

Bəzi qrupların nazirlik vəzifəsi almaq istədiklərini qeyd edən Muhəmməd Tofiq Əlavi iraqlı aksiyaçılardan istəyib ki, bu qruplara təzyiq göstərməklə öz milli tələblərini irəli sürsünlər.

Əlavi həmçinin İraqın prezidenti Bərham Salihə ünvanladığı rəsmi məktubda nazirlər kabinetini təşkil edə bilməməsinə görə, üzr istəyib.

Bərhəm Salih də Əlavinin ərizəsini qəbul edib. Bildirib ki, qarşıdakı 15 gün ərzində müxtəlif qruplarla məşvərətdən sonra baş nazirliyə yeni seçim təqdim edəcək.

Bazar günü İraq parlamentinin Muhəmməd Tofiq Əlavinin nazirlər kabinetinə etimad səsinin verilməsi üzrə xüsusi iclası lazımi həddə çatmaması üzündən son həftədə beşinci dəfə təxirə düşür.

Dünən Əlavinin nazirlər kabinetinin təşkili üçün sonuncu möhlət idi.


İraqda yenə hökümət böhranı: Əlavi vaz keçdi...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Koronavirusa ən çox yoluxan 10 müsəlman ölkəsi
    worldometers saytı dünya üzrə rəsmi mənbələrə istinadla özünün onlayn cədvəlini hazırlayıb.
     02.04.2020
    İrana kömək təklif edən Tramp, Rusiyadan yardım istədi
    Tramp özü Putinlə danışdıqdan sonra Rusiyanın köməyi barədə həvəslə danışıb
     02.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ