EURO 2,0859 NEFT 69,84
USD 1,7001 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:08.09.2017 15:54:16

İraqın İŞİD-dən azad edilmiş Təlafər şəhərində öldürülən azərbaycanlı terrorçuların pasportlarını əks etdirən fotolar yayılıb.

Cərgə ilə düzülmüş fotolarda şəxsiyyət vəsiqələri ilə birgə xarici vətəndaş pasportlarının da olduğu görünür. 30-a yaxın İŞİD-çinin əks olunduğu fotolarda bəzilərinin adlalarının oxunması çətin olsa da anadan olduqları yerlərin - Qubadlı, Sumqayıt, Oğuz, Ağdam və Xaçmaz şəhərlərinin adlarını oxumaq mümkündür.

Xatırladaq ki, İraqın təhlükəsizlik qüvvələri Təlafər şəhərinin azad olunması zamanı iki mindən çox İŞİD silahlısını məhv edib. Bu barədə İraq ordusunun bəyanatında bildirilir. Şəhərin azad edilməsi əməliyyatı İraqın şimal-qərbində, avqustun 20-də başlayıb. Ölkənin baş naziri Heydər əl-Abadi avqustun 31-də İraq ordusunun İŞİD üzərində qələbə çaldığını və Təlafərin yerləşdiyi Neynəvanın şimal hissəsinin terrorçulardan tam azad edildiyini bildirib.

Birgə əməliyyatın komandanlığının general-leytenantı Abdul Əmir Yarəllə bildirib ki, avqustun 20-dən 31-dək 2000-dən çox terrorçu və 50 terrorçu kamikadze öldürülüb, həmçinin partlayıcı qurğunun olduğu 77 avtomobil, 71 minalanmış tikili və yol kənarına qoyulmuş 990 mina partladılıb.

Onun sözlərinə görə, əməliyyatda İraq ordusunun əsgərləri, federal polisin və onun xüsusi bölmələrinin, həmçinin "Xalq Səfərbərliyi"nin döyüşçüləri iştirak edib. İraqın güc strukturlarının itkisi 115 nəfər olub, döyüşlər zamanı demək olar, 680 nəfər yaralanıb. (Eastnews.org)


İraqda öldürülən azərbaycanlı terrorçuların pasport fotoları yayıldı - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İslam Əməkdaşlığı Təşkilatın konfransı Tehranda işə başladı
    İslam Əməkdaşlığı Təşkilatın 13-cü konfransı İran İslam Respublikasının paytaxtı Tehranda işə başlayıb
     16.01.2018
    Əli İnsanovun kassasiya şikayəti təmin olunmayıb
    Bu gün Ali Məhkəmədə Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
     16.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ