İraqda Federal Təhlükəsizlik Nazirliyinin yaradılması etirazlara səbəb oldu

İraqda Federal Təhlükəsizlik Nazirliyinin yaradılması etirazlara səbəb oldu
Yayınlanma tarixi: 5/22/2026 12:17:05 PM

İraqda xüsusilə Həşdi Şabini vahid komandanlığa tabe etmək məqsədilə "Federal Təhlükəsizlik Nazirliyi" yaradılması üçün müzakirələr başlayıb

İslamazeri.com-un xəbərinə görə, İraqda təhlükəsizlik sahəsindəki pərakəndəliyi bitirmək və bütün silahlı qüvvələri dövlətin nəzarətinə vermək məqsədilə "Federal Təhlükəsizlik Nazirliyi" adlanacaq yeni bir qurumun yaradılması müzakirə olunur.

Bu nazirliyin tabeliyinə nizami ordu və polis qüvvələrinə daxil olmayan bütün strukturlar, ilk növbədə isə Həşdi-Şabi və Kürd Peşmərgə qüvvələri, həmçinin Çevik Müdaxilə Briqadası ilə Federal Polis daxil ediləcək.

Əli əl-Zeydi hökumətinin bu layihə ilə ABŞ və Qərbdən gələn "silahların dövlət əlində toplanması" təzyiqlərini yumşaltmağa çalışdığı bildirilir.

Lakin layihə İraq daxilində birmənalı qarşılanmayıb. İraq Parlamentinin deputatı Mehdi Təqi müzakirələrin hələ ilkin mərhələdə olduğunu və yekun rəsmi qərarın verilmədiyini deyib.

"Koordinasiya Çərçivəsi" daxilində bəzi tərəflər Həşdi-Şabinin ideoloji və struktur xüsusiyyətlərini itirərək dövlət daxilində əriməsindən narahatdırlar. Digər tərəfdən, "Ən-Nücəba" fəsilinin rəsmisi bu hərəkəti birbaşa ABŞ təzyiqi və "İsrail layihəsi" adlandıraraq rədd etdiklərini bəyan edib.

Hərbi ekspert general-mayor Cavad əl-Dahlaki isə bu addımın İraq hökumətinə beynəlxalq təzyiqlər qarşısında daha geniş manevr imkanı verə biləcəyini, lakin icranın Həşdi-Şabinin həssas statusuna görə asan olmayacağını qeyd edib.

GÜNÜN MANŞETLERİ

ABŞ-dan İranla danışıqlar barədə AÇIQLAMA
DÜNYA / SİYASƏT

ABŞ-dan İranla danışıqlar barədə AÇIQLAMA

5/22/2026 3:41:41 PM
İsrail Livanda təcili yardım heyətinə hücum edib: Ölənlər var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda təcili yardım heyətinə hücum edib: Ölənlər var

5/22/2026 2:37:59 PM
Sabah 28 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah 28 dərəcə isti olacaq

5/22/2026 1:12:00 PM