EURO 1,9396 TRY 0,2933
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:27.12.2018 18:11:10

S.Heydərov qeyd edib ki, İraq ərazisində məsuliyyətə cəlb edilən azərbaycanlı qadınlar da var.

Valideynləri Mosuldakı hərbi əməliyyatlarda ölən 20 uşaq İraqdan Azərbaycana qaytarılıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı məlumatı “İnterfaks-Azərbaycan”a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov verib.

“İraq hökumətinin İŞİD terror təşkilatına qarşı əməliyyatı zamanı valideynlərini itirən 20 uşaq Azərbaycana qaytarılıb və yaxın qohumlarına təhvil verilib”, - o bildirib.

Onun sözlərinə görə, uşaqların uzun müddət din-ideoloji müharibənin getdiyi yerlərdə yaşamasını və təsirlənməsini nəzərə alaraq, onların hazırda bərpası və cəmiyyətə inteqrasiyası üçün işlər aparılır.

“Bundan başqa, digər uşaqların da Azərbaycana qaytarılması üçün işlər davam etdirilir”, - sədr müavini əlavə edib.

S.Heydərov qeyd edib ki, İraq ərazisində məsuliyyətə cəlb edilən azərbaycanlı qadınlar da var.

“Onlardan bəzilərinə qarşı ölkə qanunlarına uyğun olaraq edam cəzası çıxarılıb. Digərləri ilə bağlı araşdırmalar davam etdirilir”, - o deyib.

Sədr müavini bildirib ki, Azərbaycan vətəndaşlarına aid bütün məsələlər, o cümlədən onların vətənə qaytarılması üçün İraq hökuməti ilə danışıqlar aparılır.


İraqda azərbaycanlı qadınlara edam cəzası verilib - AÇIQLAMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Həcc ziyarəti üçün kvotanın dolmasına 300 nəfər qalıb - QMİ
    Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edən zəvvarların sayı 1100 nəfərdir.
     24.06.2019
    Bəzi xəbər saytları niyə işləmir? - NAZİRLİK AÇIQLADI
    Bir neçə dəqiqədir ki, bəzi xəbər saytlarının fəaliyyətində yaranan məhdudiyyətlər hostinqlə bağlıdır.
     24.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ