İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı Həzrət Əhməd bin Musanın (ə) müqəddəs hərəmində baş verən terror hadisəsi ilə bağlı başsağlığı verib.
İslamazeri.com xəbər verir ki, general-leytenant Səlami xalqa müraciətində bildirib ki, uzaqgörən və bəsirətli xalqın qəzəb və intiqam atəşi terrorçuların axırına çıxacaq və onları biabırçı əməllərinə görə cəzalandıracaq.
General Səlami daha sonra qeyd edib:
“Bu dəhşətli cinayət göstərdi ki, İslami İranın ləyaqəti, nüfuzu və tərəqqisinin düşmənləri öz bədxah məqsəd və istəklərinə çatmaq üçün heç bir cinayət törətməkdən əl çəkməyiblər və ziyarətgahda Uca Allaha dua və həmd zamanı belə müdafiəsiz kişi, qadın və uşaqları öldürməyə hazırdırlar.”