İranla Rusiya arasında yeni protokol imzalanıb

İranla Rusiya arasında yeni protokol imzalanıb
Yayınlanma tarixi: 1.11.2021 17:38:39

İranın Astara limanı ilə Rusiyanın liman şəhəri Həştərxan arasında qardaş şəhər protokolu imzalanıb.

İslamazeri.com-un "Eastnews.org"-a istinadən verdiyi xəbərə görə, İranın Xəzər dənizinin cənub-qərbində yerləşən Astara limanı ilə Rusiyanın liman şəhəri Həştərxan arasında qardaş şəhər protokolu imzalanıb. İmzalanma mərasimində çıxış edən Gilan vilayətinin limanlarının baş direktoru Həmid Rza Əbayi İran və Rusiya limanları arasında qardaş şəhər protokolunun qarşılıqlı ticarətin inkişafında mühüm rol oynaya biləcəyini söyləyib. İranın Həştərxan baş konsulu Mehdi Akuçiyan isə "Qardaş şəhər protokolunun imzalanması ilə biz İran və Rusiyanın bu iki strateji limanı arasında ticarətin artması və iqtisadi əlaqələrin inkişafının şahidi olacağıq", - deyib. Akuçiyan, həmçinin "Bu iki liman arasında ticarətin artması ilə beynəlxalq şimal-cənub dəhlizi ən qısa zamanda fəaliyyətə başlayacaq", - deyə bildirib.   Həştərxan vilayətinin sənaye, nəqliyyat və təbii sərvətlər naziri də çıxışında İran və Həştərxan arasında ticarət dövriyyəsində 15 faiz artım olduğunu bildirərək, "Ötən il Həştərxan ilə İran limanları arasında 3 milyon 30 ton yük daşınıb", - deyə qeyd edib.

GÜNÜN MANŞETLERİ