İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ölkənin Bakıdakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

İslamazeri.com "IRNA"ya istinadən xəbər verir ki, Hüseyn Əmir Abdullahiyan ötən gün Tehranda ölkənin Azərbaycandakı səfiri Seyid Abbas Musəvini qəbul edib.
Bazar günü baş tutan görüşdə İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Tehran və Bakının münasibətlərdə son inkişaflar haqqında hesabat təqdim edib.
Hüseyn Əmir Abdullahiyan qonşularla, xüsusilə İslam ölkələri ilə əlaqələrin vacibliyinə işarə edərək, İranın Azərbaycan Respublikası ilə əlaqələri hərtərəfli inkişaf etdirmək iradəsini vurğulayıb və bununla bağlı lazımi göstərişlər verib.
İranın XİN başçısı ölkənin Azərbaycandakı səfiri ilə görüşüb