1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:18.10.2020 19:18:34

O Strateji Araşdırmalar İnstitutunun təşkil etdiyi tədbirdə, “Azərbaycan-Ermənistan münaqişəsində İranın mövqeyi və Qafqaz siyasəti” mövzusunda çıxış edib

İslamazeri.com Rasthaber Azərbaycan-a istinadən xəbər verir ki,  İranın Türkiyədəki səfiri Məhəmməd Fərazmənd Ankarada fəaliyyət göstərən Strateji Araşdırmalar İnstitutunun təşkil etdiyi tədbirdə, “Azərbaycan-Ermənistan münaqişəsində İranın mövqeyi və Qafqaz siyasəti” mövzusunda çıxış edib.

O deyib ki, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin bölgədə fərqli maraqları var. Bu maraqların üst-üstə düşməməsi münaqişənin uzanmasına səbəb olub və Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etməyə qərar verib. Bu münaqişə İranı da narahat edir. Rəsmi Tehran bu münaqişənin sülh yolu ilə beynəlxalq qanunlara uyğun şəkildə həll olunmasına tərəfdardır.
 “Azərbaycanın 20 faiz ərazisi işğal olunub və BMT-nin bu ərazilərin azad edilməsi üçün 4 qətnaməsi var. Bu qətnamələr göstərir ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir”, -deyə səfir əlavə edib.
Türk ictimaiyyətinin İranın Dağlıq Qarabağ böhranına münasibətinə olan diqqətindən və həssaslığından məmnunluğunu ifadə edən Fərazmənd "Bu vəziyyət, İranın Türkiyə ictimai rəyində əhəmiyyətini və xüsusi mövqeyini göstərir.", -deyə bildirib.
Fərazmənd vurğulayıb ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşır.


İranın Türkiyədəki səfiri ölkəsinin Qarabağ müharibəsindəki mövqeyini açıqlayıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Yunanıstan arxiyepiskopunun çıxışı müsəlmanları ayağa qaldırdı
    Yunanıstan arxiyepiskopu II İyeronimin çıxışı bütün dünya müsəlmanlarının qəzəbinə səbəb olub.
     19.01.2021
    ABŞ-da müsəlmanlara mesaj: Baydenin andiçmə mərasimi günündə paytaxtdan uzaq olun!
    Amerika-İslam münasibətləri Şurası (CAIR) amerikalı müsəlmanlara və digər azlıqlara müraciət edib
     19.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ