1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:13.09.2017 17:39:15

Bəhram Qasımi İranın bütün gücüylə myanmalı müsəlmanları dəstəklədiyini də söyləyib.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpurun başçılığı ilə bir heyətin cümə axşamı günü Banqladeşə gedəcəyini və bu heyətin İranın myanmalı müsəlmanlara yardımlarını aparacağını deyib.

İslamazeri.com xəbər verir ki, Bəhram Qasımi dünən gecə "Fars" xəbər agentliyinə bildirib ki, İran Qızıl Aypara Təşkilatından bir qrupun da sözügedən İran heyətində iştirak edəcəyini ifadə edərək; ''İranın yardımları Banqladeş vasitəsilə myanmalı müsəlmanlara veriləcək'',- deyib.

İran XİN mətbuat katibi həmçinin İranın Banqladeşdə myanmalı müsəlmanlar üçün səyyar xəstəxana təşkil etmək istədiyini və bunun Banqladeş tərəfindən məmnuniyyətlə qarşılandığını söyləyib.

Qasımi İran xarici işlər nazirinin gələn həftə Nyu-Yorka gedəcəyini və BMT iclasında myanmalı müsəlmanların vəziyyətləriylə əlaqədar olaraq bəzi səlahiyyətlilərlə və həmkarları ilə fikir mübadiləsi edəcəyini söyləyib.

Bəhram Qasımi İranın bütün gücüylə myanmalı müsəlmanları dəstəklədiyini də söyləyib.


İranın myanmalı müsəlmanlara yardımları Banqladeş vasitəsilə reallaşacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • NATO rəhbəri bir daha Ərdoğandan üzr istədi
    Türkiyə prezidenti bundan əvvəl qeyd olunan insidentə görə NATO rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.
     19.11.2017
    Bakıda 16 mərtəbəli binada yanğın: Bina sakinləri təxliyyə edilir
    Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda bina sakinləri təxliyyə edilir.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ