İran İslam Respublikası və ABŞ arasında iki ölkənin məhbuslarının eyni vaxtda azad edilməsi üçün danışıqların yekunlaşması ilə İranın blokadaya salınmış 7 milyard dollarlıq aktivləri sərbəst buraxılacaq.
İslamazeri.com xəbər verir ki, ABŞ-ın siyasi qərarının olmaması səbəbindən sanksiyaların ləğvi ilə bağlı danışıqlar hələ də nəticəsiz qaldığından, bu ölkə İrandakı məhbuslarının müstəqil şəkildə azad edilməsi, həmçinin İranın Cənubi Koreyadakı bloklanmış aktivlərinin sərbəst buraxılması məsələsini davam etdirir.
Əldə olan xəbərlər onu göstərir ki, İran və Amerika məhbuslarının eyni vaxtda azadlığa buraxılması, həmçinin ölkənin blokadada olan 7 milyard dollarlıq valyuta ehtiyatlarının azad edilməsi ilə bağlı region ölkələrindən birinin vasitəçiliyi ilə intensiv danışıqlar aparılıb.
Müvafiq olaraq, İran bank mülahizələrinə görə qeyd olunan resursların köçürülməsi üçün elan edilmiş hesabları hələ də qəbul etməyib və bu məqsədlə yeni hesablar açıb.