1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.07.2019 14:34:24

İyulun 10-da Milliyyətçi Gənclər Təşkilatı İranın Bakıdakı Səfirliyi qarşısında aksiya keçirilib

İyulun 10-da Milliyyətçi Gənclər Təşkilatı İranın Bakıdakı Səfirliyi qarşısında aksiya keçirilib.

Aksiya iştırakçıları İranda həbsə məhkum edilmiş Abbas Lisani və digərlərinin portretlərini, “Soydaşlarımıza azadlıq!”, “Cənubi Azərbaycan İran deyil!”, “Biz diri qalmaq istəyirik!” şüarları qaldırıb, “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!” və digər şüarlar səsləndirib.

Etirazçılar İran səfirliyi qarşısında aksiyanın qətnaməsini oxuyub.

Lakin səfirlik qətnaməni qəbul etməyib.

Sənəddə deyilir ki, İran hökuməti bu ölkədə yaşayan azərbaycanlı milli-mədəni fəallara qarşı son aylar təzyiqlərini artırıb.

“Milli-mədəni fəallardan Abbas Lisaniyə 8 il, Kazım Səfabəxşə 13 il həbs verilib. Bundan başqa 3 illik həbs müddəti başa çatan Siyamək Mirayi hələ də azadlığa buraxılmayıb. Həmid Allahverdi 7 ay, Səhənd Məaliyə isə 10 ay həbs verilib. “Yol-Press” media orqanı, “Açıq Yol” dərgisi bağlanıb,” qətnamədə deyilir.(Amerikanın səsi)


İranın Bakıdakı Səfirliyi qarşısında aksiya

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Ordusunda FETÖ əməliyyatı: Zabit kimi işləyən 98 nəfər tutuldu - VİDEO
    Anti-terror əməliyyatlar zamanı Fətullah Gülənə bağlı olan hərbçilərin ordudan təmizlənərək məsuliyyətə cəlb edilməsi prosesi sürətlə davam edir
     02.06.2020
    Maduro İrana səfərə hazırlaşır
    Venesuela Prezidenti Nikolas Maduro İrana səfər edəcək.
     02.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ