1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:02.01.2018 16:51:53

"İranda aksiyalar keçirilən əksər əyalətlərdə vəziyyət normallaşıb".

"Report" "Press TV"-yə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər nazirinin təhslükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfiqari bildirib. 

"Ölkənin aksiyalar keçirilən əksər əyalətlərində vəziyyət normallaşıb. 20 nəfərədək şəxsin həyatına son qoyan etirazlar yaxın zamanda başa çatacaq", - nazir müavini deyib.

Qeyd edək ki, daha əvvəl Tehranda yanvarın 30-dan iğtişaşlarla əlaqədar ən azı 450 nəfər saxlanıldığı bildirilmişdi. Şəhər hakimiyyətinin nümayəndəsi Əli-Əsgər Nəsirbaht bildirib ki, 200 nəfər şənbə günü, 150 aksiya iştirakçısı bazar günü, təxminən 100 nəfər isə bazar ertəsi tutulub.

Xatırladaq ki, etiraz aksiyaları dekabrın 28-də İranın Məşhəd şəhərində başlayıb. Aksiya iştirakçıları küçələrə axışaraq qiymət artımına etirazlarını bildiriblər. Etirazlar tədricən digər əyalətlərə də yayılıb.


İranın aksiyalar keçirilən əksər regionlarında vəziyyət normallaşıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • SEPAH İran və Britaniya vətəndaşlığını daşıyan şəxsi saxlayıb
    Britaniya Xarici İşlər Nazirliyi Tehranda İran və Britaniya vətəndaşlığını daşıyan şəxsin saxlandığı barədə xəbərləri nəzərdən keçirir.
     26.04.2018
    ADR Hərəkati: Əhalinin əksəriyyəti pensiya ala bilməyəcək
    Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı pensiya qanunvericiliyindəki yeni dəyişiklikləri sosial cəhətdən ədalətsiz hesab edir,
     26.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ