EURO 1,9326 NEFT 60,89
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:06.12.2018 17:06:01

İranlı nazir OPEK-lə bağlı danışıb.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İranın neft naziri Bijan Zəngane jurnalistlərə bildirib ki, ABŞ sanksiyaları götürülənədək İran “OPEK+”-un istənilən qərarından istisna edilməlidir.

“Qeyri-qanuni sanksiyalar götürülənədək neft hasilatının gələcək səviyyəsinə dair istənilən qərardan istisna edilməlidir.”, - deyə o qeyv edib.

“Bu, yerinə yetirilməlidir.”, - deyə o əlavə edib.

Zəngane jurnalistlərin İran neftinin hasilat və ixrac səviyyəsinə dair sualları cavablandırmayıb.

“Mən İrandakı hasilat səviyyəsi barədə heç nə deməyəcəyəm, çünki bu, ABŞ-ın bizə daha çox təzyiq göstərməsi üçün siqnal ola bilər.”. – deyə o bəyan edib.

İranlı naziri həmçinin Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih və ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk arasında Vyana şəhərində baş tutmuş görüşü də şərh edib.

“Mən bunadək artıq demişəm ki, əgər ABŞ OPEK-ə qoşulmaq istəyirsə və Brayan Huk bunun üçün ərizə vermək üçün burada olubsa, biz onu (ərizəni) gözdən keçirib qərar qəbul edəcəyik. Amma əgər o, OPEK vasitəsi ilə İrana təzyiq göstərmək istəyirsə, bu qeyri-peşəkar rəftardır. Deməliyəm ki, OPEK ABŞ-ın Energetika Nazirliyinin bir hissəsi deyil ki, necə hərəkət edəcəyinə dair ABŞ-da təlimat alsın.”, - deyə o sonda bildirib.


İrandan OPEK-ə: ABŞ sanksiyaları ləğv edilməyənədək...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avtomobil kreditlərinə dair yeni tələblər - Gələn ildən ağır şərtlərlə veriləcək
    Gələn ildən Azərbaycanda avtomobil kreditlərinə dair tələblər sərtləşir.
     11.12.2018
    Qurban AFFA-nın təzminatından imtina etdi: Pula görə işləmirdim
    Qurban Qurbanov AFFA-nın ona ödəməli olduğu təzminatdan imtina edib.
     11.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ