EURO 1,9314 NEFT 60,96
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:14.05.2018 08:57:33

İranda səfərdə olan Əfqanıstanın müdafiə naziri Tarix Şah Bəhrami, İranın müdafiə naziri General Xatəmi ilə görüşüb.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İranın müdafiə naziri Əfqanıstanın müdafiə nazirinə İŞİD terror qruplaşmasıyla bağlı təklif edib.

İranda səfərdə olan Əfqanıstanın müdafiə naziri Tarix Şah Bəhrami, İranın müdafiə naziri General Xatəmi ilə görüşüb.

İranın müdafiə naziri görüşü zamanı İranın həmişə Əfqanıstanın məzlum xalqının yanında olduğunu və suverenliyini qoruduğunu bildirib.

İŞİD terror qruplaşmasının Əfqanıstandakı təhlükələrinə də diqqət çəkən iranlı nazir "İŞİD terror qruplaşmasının məhv edilməsi İran İslam Respublikasının prioritetidir. Bu mövzuda Əfqanıstanla hər cür işbirliyinə hazırıq", -deyə bildirib.

Əfqanıstanın müdafiə naziri Tarix Şah Bəhrami də çıxışı zamanı iki ölkə arasında iqtisadi, hərbi əməkdaşlıqların mühüm olduğunu qeyd edərək "Sərhədlərimizdən dost İran dövlətinə qarşı ən kiçik bir təcavüz həyata keçirilməyəcək. İŞİD ilə mübarizədə də İran və Əfqanıstan əməkdaşlığı bölgənin əmniyyəti üçün önəmli addımdır.", - deyə önə çəkib.


İrandan Əfqanıstana İŞİD təklifi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ İslam Respublikasına qarşı sanksiyalardan imtina etdi - SƏBƏB
    ABŞ Pakistana tətbiq etmək istədiyi məhdudiyyərtlər imtina etdi.
     14.12.2018
    Tiflisdə Azərbaycan əleyhinə tədbir: kilsə keçirdi
    Erməni Apostol Kilsəsinin Gürcüstan Yeparxiyası növbəti dəfə təxribat xarakterli tədbirini keçirib.
     14.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ