1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:01.12.2018 12:12:17

İranlı rəsmi nüvə sazişi ilə bağlı danışıb.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən. İran xarici işlər nazirinin müavini Seyid Abbas Ərakçi Avropanın İranla maliyyə sistemi yaratmaq istəməsinə işarə edərək bəyan edib ki, rəsmi Tehran Avropaya bu mexanizmi düzəltmək üçün şans versə də, İranın səbri sona çatmaqdadır.

O bildirib ki, ABŞ-ın nüvə sazişindən çıxmasından sonra indiyədək avropalılar bu müqavilənin saxlanılması üçün məqbul həll təklif etməyiblər. Avropa İranın maraqlarını nə cür təmin edəcəyini dəqiqləşdirməlidir.

Ərakçi İranın nüvə sazişində təkcə iqtisadi maraqlarının olmadığını qeyd edərək əlavə edib ki, “İranın da bu sazişdən bir sıra gözləntiləri var, o cümlədən də siyasi sahədə. Onlar sazişlə təmin edilməyənədək qüvvədə qalacaqlar”.

ABŞ sanskiyalarının İrana olan təsirinə gəldikdə isə, Ərakçi deyib ki, “İran demək olar ki, 40 ildir sanskiyalarla üz-üzədir və indi öz yolunu necə tapacağını çox yaxşı bilir”.

O həmçinin bildirib ki, ABŞ sanskiyalarına baxmayaraq, son ildə İran daha da güclü oldu.

Xatırladaq ki, cari ilin may ayında ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramına dair sazişdən çıxıb və İrana qarşı sanksiyaları bərpa etməyə başlayıb.


İrandan Avropaya: Səbrimiz sona çatmaqdadır!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Ordusunda FETÖ əməliyyatı: Zabit kimi işləyən 98 nəfər tutuldu - VİDEO
    Anti-terror əməliyyatlar zamanı Fətullah Gülənə bağlı olan hərbçilərin ordudan təmizlənərək məsuliyyətə cəlb edilməsi prosesi sürətlə davam edir
     02.06.2020
    Maduro İrana səfərə hazırlaşır
    Venesuela Prezidenti Nikolas Maduro İrana səfər edəcək.
     02.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ