İrandakı son hadisələrdə həyatını itirənlərin sayı

İrandakı son hadisələrdə həyatını itirənlərin sayı
Yayınlanma tarixi: 1/22/2026 12:26:27 PM

İranda 2025 dekabrdan 2026-nın əvvəlinə qədər baş vermiş etirazlar və iğtişaşlar fonunda qeydə alındığı bildirilən rəsmi statistik məlumat açıqlanıb.

İslamazeri.com xəbər verir ki, İranın Şəhidlər və Qazi İşləri Fondunun yaydığı bəyanata əsasən, baş verən hadisələr nəticəsində 3117 nəfər həyatını itirib, onlardan 2427 nəfər – təhlükəsizlik qüvvələrinin üzvləri və mülki şəxslər daxil olmaqla – terror hücumlarının qurbanı olub.

Rəsmi açıqlamada bildirilir ki, həlak olanlar arasında yoldan keçən vətəndaşlar, etirazlar zamanı atəşə tutulan şəxslər və azyaşlı uşaqlar da var. Hadisələrin təşkilatlanmış və təlim keçmiş terrorçu qruplar tərəfindən törədildiyi iddia olunur.

Bəyanatda İran tərəfi hücumlara görə xarici dəstəkli silahlı qrupları, o cümlədən İsrail və ABŞ-la əlaqəli qüvvələri məsuliyyət daşımaqda ittiham edir və bu hadisələrin cavabsız qalmayacağını vurğulayır.

GÜNÜN MANŞETLERİ