1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:27.12.2018 09:55:09

Adı ali dini liderin əsas varisi sırasında çəkilən “köhnə qvardiya”nın daha bir üzvü dünyasını dəyişdi

İranın mötəbər siyasi qurumlarından olan Məsləhət Şurasının sədri Ayətullah Mahmud Haşimi-Şahrudi vəfat edib. Mərhum Ayətullahın 70 yaşı olub. O, bir neçə ildir ağır xəstəlikdən əziyyət çəkirdi. Hətta ötən il Almaniyada müalicə alan Şahrudi barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib.

Qeyd edək ki, Ayətullah Şahrudi İran dini elitasının ən məşhur simalarından biri hesab olunur. Onun adı bir müddət ali dini liderin əsas varisi sırasında çəkilirdi. Məşhur şiə alimi Ayətullah Məhəmməd Baqir Sədrin tələbəsi olan Şahrudini ötən il avqustun 14-də İran ali dini lideri Ayətullah Seyid Əli Xameneyi ölkənin ən yüksək dövlət qurumu olan İslam Respublikası Nizamın Faydasını Məsləhət Şurasına sədr və baş katib vəzifələrinə təsdiq edib. Qərara əsasən SEPAH-ın keçmiş komandiri Möhsün Rezayi ali qurumun baş katibi təyin olunub.

Qeyd edək ki, Məsləhət Şurası İranda ən yüksək dövlət qurumu hesab olunur. 35 nəfərdən ibarət şuranın üzvləri arasında İran prezidenti, parlament və Ali Məhkəmə sədri, o cümlədən nüfuzlu din xadimləri, dövlət adamları var. Şuranın formal olaraq vəzifəsi konstitusiyanı Mühafizə Şurası “(Şuraye Negahban) və parlament arasında qanunların təsdiqi ilə bağlı anlaşmazlıqların aradan qaldırılması, həmçinin İran ali dini liderinə siyasi və hərbi məsələlərlə bağlı məsləhət orqanı funksiyası həyata keçirir. Şuraya daha əvvəl eks-prezident Ayətullah Haşimi Rəfsəncani rəhbərlik edib.

Image result for shahroudi

Ayətullah Şahrudinin adı uzun illər ali dini liderin varisi olaraq hallanıb. Məsələ ondadır ki, buna qədər Haşimi Rəfsəncani, Müctəba Xomeyni (İran İslam inqilabının liderinin nəvəsi - K.R.), Sadiq Laricani (hazırda İran Ali Məhkəməsinin sədri - K.R.) kimi şəxslərin adı bu posta namizədlər arasında olub. Ən son olaraq prezident seçkilərində əsas namizədlərdən biri olan, Məşhəd İmam Rza (ə) ziyarətgahına rəhbərlik edən keçmiş hakim Seyid İbrahim Rəisi və hazırkı prezident Həsən Ruhaninin adı hallanır. Məsələ ondadır ki, hazırkı ali dini lider bu posta gəlməzdən əvvəl İran prezidenti vəzifəsini tutduğu üçün yeni prezidentin növbəti dini lider olmaq şansı yüksək hesab olunur. Ancaq Ayətullah Şahrudi nüfuz və tutduğu vəzifə, eyni zamanda din xadimi olması baxımdan dini lider postuna uyğun şəxs hesab olunurdu. Onun yeganə minusu isə yaşı və ağır xəstəliyi idi.

İranın ən nüfuzlu siyasətçi və dövlət adamlarından olan Ayətullah Mahmud Haşimi Şahrudi 1948-ci ildə İraqın Nəcəf şəhərində anadan olub. Babaları İranın Şahrud şəhərindən olub və dini təhsil üçün uzun illər əvvəl Nəcəfə köçüb. Ayətullah Mahmud Şahrudi Nəcəfdə doğulub və ilk təhsilini burada alıb. İslam elmlərində ən yüksək təhsil alıb. İslam aləminin böyük alimləri, Ayətullah Seyid Əbülqasim Xoyi, Seyid Məhəmməd Baqir Sədr, Ayətullah Ruhullah Xomeyni kimi alimlərdən dərs alıb. 1970-ci illərdə siyasi fəaliyyətlə məşğul olub, həbsə atılıb. İranda İslam inqilabının qələbəsindən sonra bu ölkəyə mühacirət edib. 1982-ci ildə qurulan İraq İslam İnqilabi Ali Şurasına rəhbərlik edib. 1995-ci ildə Konstitusiya Mühafizə Şurasının, eləcə də “Xubreqan” və Məsləhət Şurasının üzvü olub. Məhkəmə sistemində yüksək postlar tutub, 1999-2009-cu illərdə Ali Məhkəməyə rəhbərlik edib. Bundan başqa, din alimlərindən ibarət “İstiftaat heyəti”nə rəhbərlik edib.

AyÉ™tullah Mahmud HaÃ…Ÿimi-Ã…ahrudi ile ilgili görsel sonucu

Şahrudi İranın hazırkı dini liderinə ən yaxın şəxslərdən biri hesab olunur. Dini lider ona etibar edirdi. Digər tərəfdən, Şahrudinin dini dairələrdə böyük nüfuzu olub, Nəcəfdə və ümumilikdə İraqda nüfuz sahibi olub. Hətta bir neçə il əvvəl Şahrudinin Nəcəfdə dəftərxana qurduğu, dini məktəblərin tələbələrinə təqaüd verdiyi haqda xəbərlərin yanında onun Nəcəfdə mərcəyi-təqlid (ən yuxarı üləma titulu - K.R.) kimi fəaliyyət göstərməyə hazırlaşdığı və Ayətullah Seyid Əli Sistanidən sonra Nəcəf elmi hövzəsinə rəhbərlik edəcəyi ilə bağlı məlumatlar mediaya yol tapmışdı.

Ancaq xəstəlik Ayətullah Şahrudinin yalnız həyatına son qoymadı. Həm də İranda mümkün varis ssenarilərindən birini sıradan çıxardı. İndi isə həm də İranda əsas siyasi orqanlardan biri olan Məsləhət Şurasının rəhbəri postu boşalıb. Məsləhət Şurası İranda “Xubreqan” (Mütəxəssislər) Məclisi və “Şuraye Negahban” (Konstitusiya Qoruyucuları) kimi qurumlarla birlikdə İranda əsas siyasi qurumlardan biridir. Və siyasi hakimiyyət elitası içərisindəki münasibətləri ayırd edir.

Ayətullah Şahrudinin ölümü həm də İranda varis axtarışlarını daha da aktuallaşdıracaq. Çünki bu hadisə İranda köhnə inqilabçı nəslin tədricən səhnədən getdiyini göstərir. İndi isə meydana yeni, nisbətən gənc nəsil gəlməlidir. Artıq hakimiyyətdə inqilab lideri Ayətullah Xomeyninin birbaşa tələbəsi olmuş adamlar deyil, sonrakı ikinci nəsil təmsil olunmağa başlayır. (musavat.com)


İranda vəfat edən ayətullah haqda mühüm FAKTLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran: Məzlum Fələstin xalqına hərtərəfli dəstək veririk
    “İran bu yolda çox böyük xərclər çəkib”
     22.04.2019
    ABŞ Yunanıstanın lehinə Türkiyədən üz çevirə bilər - SƏBƏB
    ABŞ-lı rəsmi məsələ ilə bağlı danışıb.
     22.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ