Əməliyyat nəticəsində terror təşkilatlarının xaricə yönəltdiyi dəstə üzvlərinə məxsus 6 avtomobil və 3 silah ələ keçirilib.
İran təhlükəsizlik qüvvələrinin Sistan və Bəlucistan əyalətində həyata keçirdiyi əməliyyatda terrorçu dəstə darmadağın edilib.
İslamazeri.com xəbər verir ki, Sistan-Bəlucistan polis rəisi general Məhəmməd Qənbəri bu gün mətbuat mənsublarına verdiyi açıqlamada, bu vilayətin mərkəzi olan Zahidan şəhərində həyata keçirilən uğurlu əməliyyat nəticəsində 9 terrorçunun yaxalandığını bildirib.
General Qənbəri, bu dəstənin bölgədə etibarsızlıq və qeyri-sabitlik yaratmağa çalışdığını açıqlayaraq deyib:
"Əməliyyat nəticəsində terror təşkilatlarının xaricə yönəltdiyi dəstə üzvlərinə məxsus 6 avtomobil və 3 silah ələ keçirilib".