İranın Kəşfiyyat Nazirliyi Şirazda Şahçeraq ziyarətgahında törədilən terror aktı ilə bağlı 6 nəfərin həbs edildiyini açıqlayıb.
İslamazeri.com xəbər verir ki, İran Kəşfiyyat Nazirliyindən verilən yazılı açıqlamada, "Şirazdakı Şah Çeraq türbəsini hədəf alan terror qrupunun daha 6 üzvü həbs edilib", - deyə bildirilib.
Qeyd edək ki, Kəşfiyyat naziri Seyyid İsmayıl Xətib bu gün verdiyi açıqlamada bu hücumu törədən ikinci şəxsin həbs olunduğunu bildirmişdi.