EURO 1,9326 NEFT 60,45
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:29.11.2018 16:52:32

Üç gün əvvəl İranda sünni din xadimi öldürülüb

Üç gün əvvəl İranda sünni din xadimi öldürülüb.

İslamazeri.com xəbər verir ki, İranın şimal qərbində Gülüstan əyalətinə bağlı Finderesk bölgəsindəki Rizaabad kəndinin imamı, Əhli-Sünnə din xadimi Məvləvi Əbdülqədir Cəmalzehi silahlı sui-qəsdnəticəsində öldürülüb.

Məlumata görə, sübh namazından dönən din xadimi naməlum şəxslərin silahlı hücumuna məruz qalaraq qətlə yetirilib.

Yerli KİV-in məlumatına görə, mərhumun müəllimi Azadşəhr şəhərinin İmamı, Əhli-Sünnə cümə İmamı Məvləvi Gürcüs, yazılı açıqlamasında hücumu pisləyərək bölgədəki sünni camiəsini və Cəmalzehinin ailəsi və dostlarını iğtişaşa səbəb olacaq hər bir addım və hərəkətdən uzaq durmağa çağırıb.

Gülüstan bölgəsinin 40 faizi sünni camiəsindən ibarətdir ki, bu qətlin arxasında duranların kim olduğu istintaqın diqqət mərkəzindədir.

Hazırda axtarış və istintaq tədbirləri aparılır.

Qətlin arxasında sünni şiə qarşıdurması yaratmaq istəyənlər durur...

Yayılan məlumata görə, mərhum, sünni din xadimi Məvləvi Əbdülqədir Cəmalzehi şiə və sünni vəhdətinin önəmini anladan, bu istiqamətində addımlar atan və geridə buraxdığımız vəhdət həftəsində bu istiqamətdə mövludlarda iştirak etdiyi və xidmətlər göstərdiyi önə çəkilir. Onun qətlinin arxasında xarici qüvvələrin durması və ölkədəki şiə sünni qarşıdurması yaratma istəyi gün kimi aydındır.

Xatıradaq ki, Səudiyyə və digər ərəb ölkələrilə yanaşı ABŞ, İsrail dünyada sünni-şiə qarşıdurması yaratma istəkləri olduğu kimi, İran daxilidə də bu cür qarşıdurmanın yaradılmasında maraqlıdır. Hətta Səudiyyə şahzadəsi Məhəmməd Bin Salman çıxışlarının birində İran daxilində qarşıdurmaların yaradılmasında maraqlı olduğunu gizlətməmiş və təhdidlərini dilə gətirmişd. ABŞ rəsmiləri, İsrail xüsusi xidmət orqanları da ara-sıra İsrail maraqlarının müdafiəsi üçün ən təsirli yolun sünni-şiə qarşıdurması, hətta müharibəsinin yaradılması olduğunu bildirmişdilər.


İranda sünni din xadimi öldürüldü: Sui-qəsdin arxasında duran qüvvələr kim ola bilər?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qurban AFFA-nın təzminatından imtina etdi: Pula görə işləmirdim
    Qurban Qurbanov AFFA-nın ona ödəməli olduğu təzminatdan imtina edib.
     11.12.2018
    2018-ci ildə vəzifəyə təyin olunan jurnalistlər - SİYAHI
    2018-ci ili yola salmağımıza sayılı günlər qalır.
     11.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ