İranda bir ilk: Hipersəs ballistik raket hazırlandı

İranda bir ilk: Hipersəs ballistik raket hazırlandı
Yayınlanma tarixi: 10.11.2022 16:03:43

İran İnqilab Keşikçiləri Ordusu Hava-Kosmos Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə İnqilab Keşikçiləri tərəfindən hipersəs ballistik raketin hazırlandığını açıqlayıb.

İslamazeri.com Mehr-ə istinadən xəbər verir ki, Briqada generalı Hacızadə bildirib ki, bu raket qabaqcıl hava hücumundan müdafiə sistemlərinə qarşı hazırlanıb.

Yeni raketin bütün raketdən müdafiə sistemlərini keçə biləcəyini deyən briqada generalı Hacızadə bu raketin düşmənin raket əleyhinə sistemlərini hədəfə almaq qabiliyyətinə malik olduğunu da açıqlayıb.

Briqada generalı Hacızadə qeyd edib ki, belə bir silahın ortaya çıxması raket istehsalında böyük sıçrayış deməkdir.

GÜNÜN MANŞETLERİ