İrana hücum bu səbəbə görə təxirə düşüb

İrana hücum bu səbəbə görə təxirə düşüb
Yayınlanma tarixi: 2/3/2026 11:18:01 AM

Analitik və siyasi şərhçi Məsud Əsədullahi “Salam Sobh Bekheyr” proqramında çıxışı zamanı ABŞ və İsrailin İrana mümkün hücumu ilə bağlı diqqətçəkən iddialar irəli sürüb.

İslamazeri.com-un xəbərinə görə, Əsədullahi bildirib ki, ötən həftə ABŞ və İsrailin hücum qərarı var idi, lakin SEPAH-ın Hava-Kosmik Qüvvələri bütün raketlərini tam döyüş hazırlığı vəziyyətinə gətirib cavab zərbəsinə hazır olub.

Onun sözlərinə görə, məhz bu vəziyyət hücumun baş tutmamasında və təxirə düşməsində əsas amil olub.

O əlavə edib ki, hücumun dayandırılmasını İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın keçmiş prezidenti Donald Trampdan xahiş edib:
“Netanyahu bilirdi ki, İsrailin hava hücumundan müdafiə sistemi böyük həcmdə raket zərbələrini eyni anda dəf etmək gücündə deyil.”

Əsədullahi həmçinin qeyd edib ki, müharibədən sonrakı altı ay ərzində SEPAH-ın Hava-Kosmik Qüvvələri gecə-gündüz yeni raketlər üzərində çalışıb, eyni zamanda müxtəlif mənbələrdən dəstək də alınıb. Onun sözlərinə görə, qarşı tərəf bu imkanlar barədə məlumatlıdır.

GÜNÜN MANŞETLERİ

İrana hücum bu səbəbə görə təxirə düşüb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İrana hücum bu səbəbə görə təxirə düşüb

2/3/2026 11:18:01 AM
İsrail təyyarələri Livana kimyəvi maddələr atıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail təyyarələri Livana kimyəvi maddələr atıb

2/3/2026 11:13:48 AM