İran XİN sözcüsü ABŞ-ın hücumunu pislədi

İran XİN sözcüsü ABŞ-ın hücumunu pislədi
Yayınlanma tarixi: 26.03.2023 13:37:45

Kənani şənbə günü ABŞ-ın cümə günü Suriyanın şərqindəki Deyr əz-Zor bölgəsində mülki hədəflərə zərbələr endirdiyi "terror hücumunu" pisləyib.

İslamazeri.com irna-ya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani şənbə günü ABŞ-ın cümə günü Suriyanın şərqindəki Deyr əz-Zor bölgəsində mülki hədəflərə zərbələr endirdiyi "terror hücumunu" pisləyib.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, ABŞ hərbçilərinin Suriyada “qanunsuz” mövcudluğunu davam etdirməsi, bu ölkənin bəzi hissələrini işğal etməsi, həmçinin Ərəb Respublikasının müxtəlif obyektlərinə hücumlar beynəlxalq hüquq, milli suverenlik və ərazi bütövlüyünü pozur.

Kanani ABŞ-ın Suriyadakı hərbi mövcudluğunun İŞİD terror qruplaşması ilə mübarizə məqsədi daşıdığına dair iddialarını rədd edərək, ABŞ-ın özünün İŞİD-in yaradılmasında əsas rol oynadığını deyib.

"Terror qruplaşması ilə mübarizə ABŞ-ın Suriyanın işğalını davam etdirməsi və ərəb ölkəsinin milli ehtiyatlarını, o cümlədən enerji və taxılını talamaq üçün sadəcə bəhanədir", - iranlı diplomat vurğulayıb.

Kənani ABŞ-ın siyasi və hərbi rəsmilərinin İrana qarşı irəli sürdüyü ittihamları da rədd edib.

Onun sözlərinə görə, ABŞ rəsmiləri həmişə əsassız ittihamlar irəli sürür və bu ittihamlar əsasında mühakimə yürüdürlər, lakin onlar başa düşməlidirlər ki, bu cür üsullar köhnəlib.

GÜNÜN MANŞETLERİ