Yayınlanma tarixi: 31.10.2022 10:32:18
İran və Rusiya arasında müştərək azad iqtisadi zona yaratmağa dair razılıq əldə olunub.
İslamazeri.com sputnik-ə istinadən xəbər verir ki, bunu Azad Zonaların Ali Şurasının Katibliyinin rəhbəri Nəsrullah İbrahimi deyib.
O, Rusiya tərəfi ilə aparılan danışıqlara toxunaraq "2 ölkə arasında müştərək azad zonaların yaradılması üçün 2 əsas var. Bunlardan biri İranın Avrasiya İqtisadi Birliyinə üzv olmasıdır. İkincisi İran və Rusiya arasında müştərək azad zonanın yaradılması haqqında razılıqdır.", -deyə qeyd edib.
İbrahimi qeyd edib ki, İran və Rusiya arasında razılaşmaya əsasən, iqtisadi, ticarət və sənaye sahələrində qarşılıqlı əlaqələrin və əməkdaşlığın səviyyəsini artırmaq üçün iki ölkə arasında müştərək azad iqtisadi zona və ya müştərək investisiya zonası yaradılacaq.