- İran İslam Respublikası və Azərbaycan Respublikasının prezidentləri Novruzun gəlişi münasibətilə bir-birlərini təbrik edib və iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsini vurğulayıblar.
İslamazeri.com xəbər verir ki, bu barədə İranın rəsmi İRNA agentliyi məlumat yayıb.
Məlumata görə, İran İslam Respublikası və Azərbaycan Respublikasının prezidentləri İbrahim Rəisi və İlham Əliyev öz mesajlarında Novruz bayramının gəlişini təbrik edib, münasibətlər və dostluq əlaqələrinin möhkəmləndirilməsini vurğulayaraq, iki ölkə xalqına firavanlıq, sağlamlıq və xoşbəxtlik arzulayıblar.
Həmçinin, iki ölkənin xarici işlər nazirləri, digər milli və hərbi rəsmilər həmkarlarına ayrı-ayrılıqda Novruz və Təbiətin baharını gəlişi münasibətilə təbrik mesajı göndəriblər.