İran və Azərbaycan arasındakı anlaşılmazlıqlar aradan qalxır

İran və Azərbaycan arasındakı anlaşılmazlıqlar aradan qalxır
Yayınlanma tarixi: 12.01.2023 10:25:09

İran İslam Respublikasının xarici işlər naziri bildirib ki, Türkiyədə Azərbaycan və İran Parlament sədrilərinin görüşü iki ölkə arasında anlaşılmazlıqların aradan qaldırılmasına kömək edib.

İslamazeri.com xəbər verir ki, İranın XİN başçısı Hüseyn Əmir Abdullahian İran İslam Şurası Məclisinin sədri Məhəmməd-Baqir Qalibafın Türkiyəyə səfəri və burada Asiya Parlament Assambleyasının (APA) 13-cü plenar sessiyası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə, habelə türkiyəli həmkarı ilə keçirdiyi görüşlərin əhəmiyyətli olduğunu vurğulayıb.

Əmir Abdullahian görüşlə bağlı açıqlama verib.

O bildirib ki, İranla Azərbaycan Parlament sədrilərinin bu görüşü iki ölkə arasında anlaşılmazlıqların aradan qaldırılmasına kömək edib və bu istiqamətdə yaxşı addımlar atılıb.

GÜNÜN MANŞETLERİ