İran PUA-ların satışına dair onun ünvanına səsləndirilən ittihamları araşdırmağa hazırdır.
İslamazeri.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.
“Biz Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya heç bir silah və ya PUA tədarük etməmişik və Rusiya və İran arasındakı əməkdaşlıq Ukraynadakı müharibədən uzaq davam etdiriləcək“, – deyə o qeyd edib.
“Cənab Borrellə danışıq zamanı dedim ki, biz İran istehsalı olan dronların Ukrayna müharibəsində istifadəsinə dair ittihamları Ukrayna ilə birlikdə araşdırmaq üçün İrandan olan hərbi ekspertlər qrupunu göndərməyə hazırıq“, – deyə iranlı nazir əlavə edib.