İran: Təhlükəsizlik işçilərinin qatilləri edam olunacaqlar

İran: Təhlükəsizlik işçilərinin qatilləri edam olunacaqlar
Yayınlanma tarixi: 9.01.2023 20:41:42

Bu qərarlar ilkin xarakter daşıyır və Ali Məhkəməyə şikayət verilə bilər.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, noyabrın 16-da İsfahanın Xanə məhəlləsində Keşikçilər Meydanında Möhsün Çirağı, Möhsün Həmidi və Məhəmməd Kərimi adlı 3 təhlükəsizlik işçisinin qətlə yetirilməsinə görə həbs olunan 6 nəfərdən 3 nəfəri edam olunacaq.

Rəsmi məlumata görə, bu hücumda iştirak edənlər qabaqcadan koordinasiya olunaraq, terror aktları törədib, insanları və təhlükəsizlik qüvvələrini öldürmək məqsədi ilə atəş açmağa başlayıblar.

Bu terror əməliyyatı zamanı çoxlu sayda insan və təhlükəsizlik qüvvələri yaralanıb.

Bu cinayətdə əli olanların tutulmasından və ittiham aktının verilməsindən sonra bu iş üzrə təqsirləndirilən şəxslərdən 6-nın ittihamlarını araşdıran məhkəmə İsfahan vilayətində 4 iclasda keçirilib.

Çıxarılan hökmlərə əsasən, təqsirləndirilən şəxslərdən 3-ü ölüm, digər 3-ü isə həbs cəzasına məhkum edilib.

Bu qərarlar ilkin xarakter daşıyır və Ali Məhkəməyə şikayət verilə bilər.

GÜNÜN MANŞETLERİ