İran Şimali İraqda terror yuvalarını yenidən hədəfə aldı

İran Şimali İraqda terror yuvalarını yenidən hədəfə aldı
Yayınlanma tarixi: 5.10.2022 11:13:54

İran İnqilab Keşikçiləri Ordusu bu gün Şimali İraqdakı terror yuvalarını pilotsuz uçuş aparatları (PUA) və raketlərlə vurub.

İslamazeri.com xəbər verir ki, İranın Şimali İraqdakı separatçı terror təşkilatlarının qərargahını hədəf alan əməliyyatları davam edir.

İnqilab Keşikçiləri Ordusu bu gün pilotsuz uçuş aparatları (PUA) və raketlərlə Şimali İraqdakı terror yuvalarını hədəfə alıb.

Yeni əməliyyatda “Mühacir-6” PUA-sından istifadə edilib.

İnqilab Keşikçiləri Quru Qoşunlarının komandanı briqada generalı Məhəmməd Pakpur Şimali İraqda separatçı terror təşkilatlarına qarşı əməliyyatla bağlı verdiyi son açıqlamada belə bildirmişdi:

"Müxtəlif bölgələrdə 70-dən çox raket və onlarla kamikadze PUA ilə biz 99% dəqiqliklə 40-a yaxın hədəfi vurduq. 

Bu, İnqilab Mühafizəçilərinin raketlər və pilotsuz təyyarələr sahəsində ən böyük əməliyyatı idi".

Briqada generalı Pakpur qeyd edib ki, İnqilab Mühafizəçilərinə məxsus raketlər və PUA-ların çox yüksək zərbə nisbəti var.

GÜNÜN MANŞETLERİ