İran Rusiyaya PUA verilməsi ilə bağlı ittihamları rədd edib

İran Rusiyaya PUA verilməsi ilə bağlı ittihamları rədd edib
Yayınlanma tarixi: 20.12.2022 16:20:38

İrana və ya İran tərəfindən silahların verilməsi İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) yaradılmasını təsdiq edən 2231 nömrəli qətnamə ilə qadağan edilməyib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə xatırlatmanı İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani edib.

Mən İranın 2231 nömrəli qətnaməni pozaraq Rusiyaya PUA verməsinə dair əsassız ittihamlara toxunmaq istəyərdim. Əvvəla, 2231 nömrəli qətnamədə silaha dair qadağa 2020-ci il 18 oktyabrda qüvvədən düşüb. Deməli, İrana və ya İran tərəfindən silahın verilməsi daha 2231 nömrəli qətnaməyə aid deyil“, – deyə o qeyd edib.

Hərtərəfli Birgə Fəaliyyət Planına (HBFP) əsasən, İrana tətbiq edilən silah embarqosu 2020-ci il 18 oktyabrda ləğv edilib. Onadək isə İrana edilən silah tədarükləri yalnız BMT Təhlükəsizlik Şurasının (TŞ) icazəsi ilə mümkün idi.

İkincisi, 2231 nömrəli qətnamənin B əlavəsinin 4a paraqrafına olan istinadların hüquqi əsasları yoxdur, çünki bu paraqrafa əsasən olan hərəkətlər müvafiq əşyalar nüvə silahının daşınması sistemlərinin inkişafına kömək edəcəyi halda TŞ-ın ilkin təsdiqini tələb edir“, – deyə iranlı diplomat bildirib.

İrəvani deyib ki, İran rəsmi şəkildə bəyan edib ki, nüvə silahının daşınması sistemlərinin inkişafına kömək edə biləcək əşyaları heç vaxt yaratmayıb və tədarük etməyib, həmçinin onları hazırlamağı və ya ötürməyi də planlaşdırmayıb.

Beləliklə də, İran 2231 nömrəli qətnamənin B əlavəsinin 4a paraqrafına aid hər hansısa bir əşyaları Rusiyaya verməyib. Əksi barədə olan istənilən bəyanatlar əsassızdır və tərəfimizdən rədd edilir“, – deyə o vurğulayıb.

Sözügedən 4a paraqfarında yazılıb ki, bütün dövlətlər “dövlətin dəyərləndirməsinə əsasən, nüvə silahının daşınması sistemlərinin hazırlanmasına kömək edə biləcək” bütün əşyaların, materialların, avadanlıqların, malların və texnologiyaların birbaşa və ya dolayısı ilə İrana tədarük və ya ötürülməsində BMT TŞ-ın ilkin razılığı ilə iştirak edə bilər.

İranın BMT-dəki daimi nümayəndəsinin sözlərinə görə, rəsmi Tehran “bu mövzu ilə bağlı mövcud anlaşılmazlığa” aydınlıq gətirmək məqsədi ilə ikitərəfli şəkildə rəsmi Kiyevlə təmasdadır.

Bundan başqa, o bildirib ki, 24 fevralda başlayan Ukrayna münaqişəsindən əvvəl İranın Rusiyaya verdiyi PUA-lar “2231 nömrəli qətnamənin B əlavəsinin 4-cü paraqrafında qeyd edilən texniki xüsusiyyətlərlə uyğunsuzdur və Ukraynada davam etməkdə olan münaqişədə istifadə edilmək məqsədilə verilməyib“.

Buna görə də, İranın ünvanına olan dezinformasiya və əsassız ittihamlar kampaniyası dayandırılmalıdır“, – deyə İrəvani əlavə edib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya da, öz növbəsində, deyib ki, rəsmi Kiyev Ukraynada İran PUA-larının tətbiqini təsdiq edən sənədləri hələ də rəsmi Tehrana təqdim edə bilmir. Rusiyalı diplomat bildirib ki, “ittihamlar tamamilə uydurulmiş süni xarakter daşıyır“.

GÜNÜN MANŞETLERİ