İran Ərdəbil və Şərqi-Azərbaycan əyalətlərində hərbi təlimlərə başlayıb

İran Ərdəbil və Şərqi-Azərbaycan əyalətlərində hərbi təlimlərə başlayıb
Yayınlanma tarixi: 17.10.2022 12:12:22

İran İnqilab Keşikçiləri Ordusu ölkənin şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətində hərbi təlimlərə başlayıb.

İran İslam İnqilabının Keşikçilər Ordusu (Sepah) Ərdəbil və Şərqi-Azərbaycan əyalətlərində üç günlük hərbi təlimlərə başlayıb.

İslamazeri.com xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçilər Ordusunun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, hərbi təlimlər İran İslam İnqilabının Keşikçilər Ordusunun Quru qüvvələrinin iştirakı ilə üç gün ərzində “Araz məntəqəsi”ndə keçiriləcək. Bu hərbi təlimlər Şərqi-Azərbaycan və Ərdəbil əyalətlərinin ərazilərinə şamil edilir.

Məlumata görə Sepah-ın baş komandanı Hüseyn Səlami də bu hərbi təlimləri yaxından izləyir.

GÜNÜN MANŞETLERİ