İran PUA sahəsində dünyada ilk beşlikdədir - Baqeri

İran PUA sahəsində dünyada ilk beşlikdədir - Baqeri
Yayınlanma tarixi: 26.12.2022 12:37:07

İran PUA hazırlanması və istehsalı sahəsində ilk beşlikdədir

İslamazeri.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri bildirib.

O deyib ki, ölkəsi buna dronlarla bağlı 37 illik təcrübənin nəticəsində nail olub.

İranlı rəsmi qeyd edib ki, PUA sahəsinin inkişafında yerli gənc alimlər, universitetlər, elmi-araşdırma institutları, elmi şirkətlər və ordunun yaxşı bazasının rolu var.

O vurğlayıb ki, İran PUA-ları uçuş məsafəsi və 15 funksional sahədə səmərəlilik üzrə, həmçinin dəqiqlik, uzunömürlülük, möhkəmlik və vəzifələrin yerinə yetirilməsi baxımından dünyaca ən yüksək pillələrdədir.

GÜNÜN MANŞETLERİ